Şəmil Sadiqdən Yalçın İslamzadəyə cavab
Fesybuk qəhrəmanı
Eşitdim ki, Yalçın İslamzadə bəy məndən yazıb. Necə ki bir zamanlar fesybukdakı aktivliyini görüb təhsil sektoruna dəvət etmişdim və sonradan gördüm ki, Yalçın bəy elə feysbukda daha yaxşı işləyir, eləcə mənə həsr etdiyi iki yazısını da oxudum və yenə peşman oldum. Daha ciddi, daha samballı, daha yaxşı arqumentli yaza bilərdi, amma yaza bilməyib.
Çünki səmimi deyil və özü də yaxşı bilir ki, düz eləmir. Ona görə də normal tənqid yox, emosiyalarından və aqressiyasından çıxış edib. Səbəb də Sabaha saxlamayaq verilişində işlətdiyim “Feysbuk qəhrəmanları” ifadəsidir. Mənə də birbaşa salamsız, kəlamsız, məni nəzərdə tutursan? Sualı ilə votsapda müraciət etmişdi. Özü demişkən, özünə də pay götürüb. Daha mən deyim, özü başadüşən oğlandır. İnsan mühəndisi kitabı tənqid edib və bir filoloqun STEAMdan danışmasına, pedaqoji kitab yazmasına görə narahat olub. Halbuki ODTÜnün fizika məzunu olaraq tərcümə ilə məşğul olur, mənsə 20 ildən çoxdur birbaşa təhsillə, öz peşəmlə, işimlə məşğul oluram. Ölkəmizdə STEAM əsaslı təhsil verən ilk liseyi qurmuşam və itib-batan fizikləri bu sahəyə dəvət etmişəm, yadlarına salmışam ki, faydalı işlə məşğul olun, praktik olun, hava güllələri ilə hədəfsiz atışlar etməyin. Elə Yalçın bəyin özünü də STEAM mütəxəssisi kimi cəmiyyətə mən təqdim etmişəm və bir növ təhsilimizə qazandırmışam, bir zamanlar sadəcə feysdə məsləhət verməklə məşğul olan ODTÜlü dostum liseydə birgə işlədiyi zaman bəyənmədiyi müəllimlərimizlə birgə dərslik də yazır bu gün. Hələ rəyində sual verən bir iki müəllim haqqında düşüncələrini mən bilirəm, amma ona rəy yazdıqları üçün elə bəh-bəhlə tərifləyir ki)))
Fizika müəllimi ədəbiyyat, Azərbaycan dili dərsliyi haqqında fikir bildirib, tənqid edəndə olur, biz öz ixtisasımızdan, pedaqogikada danışanda yox?)) Düz deyirsiniz, hərə öz işi ilə məşğul olsa yaxşı olar.
Publikaya işləyib papulist çıxışlar edən Yalçın bəy bu milləti və dövləti belə sevirsə, indiyə qədər hansısa dərslik müəllifinə və ya nazirliyə tutarlı bir rəy yazıb göndəribmi görəsən? Yox! Desən, deyəcək ki, pulsuz niyə yazım ki?
Mənim təhsilimizə qazandırdıqlarımın onda birini etsin, sonra İnsan mühəndisi kitabını tənqdi etsin deyəcəkdim, demirəm, nəmə lazım))
P.S. Bu gün şadam, artıq Yalçın bəy təhsilin içinə girib, təhsillə məşğul olur, bir gün imkan edib, özündə güc tapıb siniflərə girib dərs də deyə bilsəydi, bu millətə daha faydalı olardı.
P.S. O boyda tərcüməçi yalan da danışır, deyir ki, İnsan mühəndisi kitabını vərəqlədim))) Halbuki bu kitabı hazırlayanda redaktə üçün ona vermişdim hələ 2019-da, oxumuşdu da, amma bir cümlə də olsun, qeyd etməmişdi, indi də deyir, vərəqlədim. Sağ olsun ki, vərəqləyib))
Eh Yalçın bəy, Yalçın bəy, hamını tənqid etməyi, hamıya yuxarıdan aşağı baxmağı bacaran, demokratiya həvəskarı olan və populyar kitabların tərcüməçisi olan fizik kimi tənqidə heç dözümünüz yoxdur. Bir cümlə sizi nə qədər narahat edib ki, iki ilə yaxın çalışdığın şirkətin bir paylaşmını özünü rəva görməyən siz, indi arda-arda yazırsınız. Məncə nömrələyin, Şəmil Sadiq 1, 2, 3, ...
Hər kəsin işi göz önündədir, biri feysbukda qəhrəmanlıq edir, biri də əməlləri ilə, işləri ilə meydandadır.