Ukraynada Rusiya hərbçiləri tərəfindən öldürülən uşaqların sayı kəskin artıb
“Rusiya işğalçıları artıq 238 ukraynalı uşağı öldürüblər”.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Mayın 25-i səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 671-dən çox uşaq zərər çəkib. Rəsmi məlumata görə, 238 uşaq həlak olub, 433-dən çoxu yaralanıb”, - deyə hesabatda bildirilir.
Eyni zamanda qeyd edilir ki, bu rəqəmlər yekun deyil.
Uşaqlar daha çox Donetsk vilayətində (149), Kiyev vilayətində (116), Xarkovda (104) əziyyət çəkiblər.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şəhər və kəndlərini bombalaması və atəşə tutması nəticəsində 1848 təhsil müəssisəsinə ziyan dəyib. Eyni zamanda, onlardan 173-ü tamamilə məhv edilib.
Mənbə: UNİAN