Ukraynada müharibədə 143 uşaq ölüb
Ukraynada fevralın 24-dən bəri döyüş əməliyyatları nəticəsində 143 uşaq ölüb, 216 uşaq yaralanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində - 67, Xarkov vilayətində - 49, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 30, Luqansk vilayətində - 27, Zaporojye vilayətində - 21, Xerson vilayətində - 24, Kiyev şəhərində - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14.
Ukrayna Ombudsmanı Lyudmila Denisova bu məlumata əlavə olaraq bildirib ki, Ukrayna şəhərlərində aktiv döyüşlər getməsi səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil.Mənbə: NikVesti