Xəbərlər
19 mart 2022
884


Türkiyədə məktəblilər ağaca asılı halda tapıldı – FOTO


Türkiyənin Karabük vilayətində 15 yaşlı məktəb şagirdləri – Oğuzhan U. və Ömər Yusif  U. ağacdan asılı halda tapılıblar.


Belə ki, səhər məktəbə getməyən uşaqlardan sinif yoldaşlarına lokasiya mesajı gəlib. Həmin yerə gedən məktəblilər yeniyetmələrin təpəlikdə asıldığını görüblər. Gördükləri mənzərədən dəhşətə gələn uşaqlar dərhal polisə xəbər veriblər.


Meyitlərin yaxınlığında A4 vərəqinə yazılmış “telefonlarınıza baxın” qeydi olub.  Eni zamanda, onlardan birinin intihar mesajı da üzə çıxıb. Ömər Yusif U. qız dostuna yazdığı mesajda Oğuzhan ilə birlikdə intihar edəcəyini və öləcəyi üçün xoşbəxt olacağını yazıb: “Öldüyüm üçün qəti üzülmə. Çünki mən öləcəyim üçün, bu həyatdan qurtulduğum üçün çox xoşbəxtəm”.


Faktla bağlı araşdırma başlayıb.





Məqalə Göndər








Загрузка...