AzTehsil.com


Xəbərlər / Ekspert
08 may 2022
4 737


Nadir İsrafilov: Bu həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişidir. AMMA...




“Məktəblərdə 9 may gününə həsr edilən tədbirlərin keçirilməsi nəinki lazımdır, hətta təqdir olunacaq dərəcədə vacibdir.  Çünki, bu qələbə bir çoxlarının düşündüyü kimi Rusiyanın qələbəsi deyil, başqa xalqların nümayəndələri ilə birlikdə, həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişidir. Lakin, bu kimi tədbirlərdə şagirdlərin yaxasında “Georgi lenti”təsiri bağışlayan qırmızı simvol və rus hərbçilərinə məxsus beretlərlə şəkil çəkdirmək və  görüntüləmək əlbəttə ki, yolverilməzdir.


Rusiya Ukrayna müharibəsinin acı görüntüləri, Rusiya ordusunu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atması barədə yayılan xəbərlər fonunda görüntüdə əks olunmuş atributların bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olması da başa düşüləndir və təbii qəbul olunmalıdır.


İstənilən halda, bütün anlaşılmazlıqlara baxmayaraq, ictimai nəzarətin bir forması kimi sərgilənən ictimai qınaq digər məktəb rəhbərləri üçün də bu kimi məsələlərdə daha diqqətli və sayıq olmalarına yönəlik bir mesajdır.  Bununla belə, bu kimi məsələlər süngü və qalxanla deyil, həssaslıqla qəbul edilməli, müzakirə qızğın müzakirələrə yol açmamalıdır.


Bu sözləri paytaxtdakı 164 nömrəli tam orta məktəbdə müzakirələrə səbəb olan 9 may gününə həsr edilən tədbirə münasibət bildirərkən AzEdu az-a açıqlamasında tanınmış təhsil mütəxəssisi Nadir israfilov deyib.


Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirlərdə  Böyük Vətən müharibəsindəki qələbəmiz  hər şeydən əvvəl bu böyük şəxsiyyətin qələbəyə verdiyi qiymətlə əlaqələndirilməlidir: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…»


Bu ərəfədə məktəblərdə keçirilən tədbirlər ona xidmət etməlidir ki, uşaqlarımız, yeniyetmə və gənclərimiz bilsinlər ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri  Sovet İttifaqı  Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRI-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Qəhrəman oğullarımız öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi.


Məktəblərdə 9 may gününə həsr olunan bu tip dərslər və tədbirlərin İkinci Qarabağ müharibəsinin 44 günü ərzində Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edilməsi, Şuşaya üçrəngli bayrağın sancılması, Zəfər gününü təsis edilməsi kimi ibrətamiz faktlarla sıx və üzvi şəkildə əlaqələndirilməsi, 44 günlük Vətən müharibəsində Zəfər günü, Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsi və şanlı zəfər tarixinin digər səhifələrindən söhbət açmaq, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi üçün daha faydalı olardı, nəinki məktəbdə keçirilən sıradan olan bir tədbiri bu dərəcədə dramatikləşdirmək…




Загрузка...
Həmçinin oxuyun:
Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılıb tədbir keçirilməsi ilə bağlı AÇIQLAMA

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılıb tədbir keçirilməsi ilə bağlı AÇIQLAMA

Məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub - ARAŞDIRMA APARILIR

Məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub - ARAŞDIRMA APARILIR

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi

Rusiyada son zənglər onlayn keçiriləcək

Rusiyada son zənglər onlayn keçiriləcək

Məktəbdə kütləvi qətl planlaşdıran gənc tutuldu - VİDEO

Məktəbdə kütləvi qətl planlaşdıran gənc tutuldu - VİDEO

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

Nazirlik şagirdlərin yaxasına “Georgi lenti” taxan məktəb direktoru barədə nə fikirləşir? - FOTOLAR

Nazirlik şagirdlərin yaxasına “Georgi lenti” taxan məktəb direktoru barədə nə fikirləşir? - FOTOLAR

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Təhsili  siyasi maraqlara tabe etdirmək, bu işdə maraqlı tərəflərin qurbanına çevirmək heç bir halda yolverilməzdir- Ekspertdən  ŞƏRH

Təhsili siyasi maraqlara tabe etdirmək, bu işdə maraqlı tərəflərin qurbanına çevirmək heç bir halda yolverilməzdir- Ekspertdən ŞƏRH

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

Koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Təhsil naziri məktəbəhazırlıq qruplarının tədris planını təsdiq etdi

Təhsil naziri məktəbəhazırlıq qruplarının tədris planını təsdiq etdi

Nadir İsrafilov : Yeni dərs ilinin hansı formada başlanacağı barədə fikir söyləmək hələ tezdir.

Nadir İsrafilov : Yeni dərs ilinin hansı formada başlanacağı barədə fikir söyləmək hələ tezdir.

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Təhsil naziri azsaylı xalqların dilləri öyrədilən məktəblərlə bağlı əmr imzaladı

Təhsil naziri azsaylı xalqların dilləri öyrədilən məktəblərlə bağlı əmr imzaladı

Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi  – İtmiş ənənələrin acı fəsadları

Məktəblərdəki valideyn hegemonluğu, şagird özbaşınalığı,müəllim laqeydliyi – İtmiş ənənələrin acı fəsadları

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Nadir İsrafilov :  Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Nadir İsrafilov : Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Uşaqlar arasında yayılan kütləvi xəstəlik Delta-dır? – Pediatrdan AÇIQLAMA

Uşaqlar arasında yayılan kütləvi xəstəlik Delta-dır? – Pediatrdan AÇIQLAMA