Xəbərlər / Müəllim
04 may 2022
1 076

“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin VII Ekoloji Forumu

Təhsil Nazirliyinin dəstəyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 30 aprel ˗ 03 may 2022˗ci il tarixlərində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin hibrid formatda VII Ekoloji Forumu keçirilib.

Ekoloji Forumun məqsədi ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ekoklub liderlərinin pandemiya dövründə 2021˗2022˗ci tədris ili fəaliyyətinə dair təcrübə mübadiləsindən ibarət olub.

VII Ekoloji Forumun ilk hissəsi “Zoom” onlayn platformasında Bakı şəhəri üzrə 40-a yaxın ümumtəhsil müəssisələri və 30 regional Uşaq˗Gənclər İnkişaf mərkəzlərinin 2500-ə yaxın ekoklub üzvləri iştirak edib.

“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin VII Ekoloji Forumunun açılışında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan˗zadə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Səyyarə Məmmədova salamlama nitqi ilə çıxış edib. 

Foruma ekspert qonağı qismində qatılan “Təhlükəli tullanılar” MMC-nin direktor əvəzi Çingiz Mehdiyevin təhlükəli tullantıların idarə olunması və utilizasiyası ilə əlaqədar çıxışı əsasında sual-cavab və mövzu ətrafında müzakirə təşkil olunub. Ardınca seçilmiş ekoklub liderlərinin illik fəaliyyətlərinə dair hesabat çıxışları dinlənilib. Onlayn hissə ilə paralel olaraq, planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması məqsədilə məşhur yoq Sadhqurunun start verdiyi “Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının gənc ekoloqları da qoşulub.

Qeyd edək ki, Sadhquru motosikletlə başlayan 100 günlük səyahətində Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini - ümumilikdə 30 min kilometr məsafəni qət edərək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşlər keçirir.

Daha sonra istifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  “Qırmızı Ürəklər” Fondu və “BRAVO” marketlər şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində "EkoSfera" Sosial-Ekoloji mərkəzin və “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının ekoklub liderləri aktiv iştirak edərək topladıqları batareyaları təhvil verib, eyni zamanda batareyaların zərərləri barədə müxtəlif çağırışlar hazırlayıblar. Keçirilən aksiya zamanı 30 kq-dan çox işlənmiş batareyalar ayrılmış qutulara toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

03 may tarixində VII Ekoloji Forumun davamı olaraq iqlim dəyişmələri və onun monitorinqi mövzusunda aktiv ekoklub liderləri və eko-startupçıların iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib. Görüşdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi və departamentin iş prosesi barədə məktəblilərə ətraflı məlumat verərək, hidromeoroloji stansiyaların iş prinsipi, işğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkənin tez bir zamanda bərpa olunmasının nəzərdə tutulduğunu bildirib. Ardınca isə iqlim dəyişmələri və onun həll yolları ilə bağlı ekoloji start-upların yaradılmasını stimullaşdırmaq məqsədilə dəyirmi masa keçirilib.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

“Yaşıl məktəb”

“Yaşıl məktəb”

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir

Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir

“Tullantıdan sənətə”

“Tullantıdan sənətə”

Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib

Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

Təhsil Nazirliyi: Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb

Təhsil Nazirliyi: Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında