AzTehsil.com


Xəbərlər
02 may 2022
1 177


16 yaş cavanlaşmağın yolunu tapdılar




Britaniya alimləri gəzinti sayəsində qocalmanı ləngitməyin yolunu tapıblar.


Alimlər 400 000 britaniyalının məlumatlarını təhlil edərək müəyyən ediblər ki, daha sürətli yerimə tempi uzun telomerlərlə əlaqələndirilir. Telomerlər xromosomların uclarında onları zədələnmədən qoruyan yamaqlardır. Hüceyrələr bölündükcə telomerlər o qədər qısa olur ki, hüceyrə artıq bölünə bilmir. Buna hüceyrə yaşlanması deyilir.


Əldə edilən nəticələr gəzinti tempi ilə bioloji qocalmanın genetik markeri arasında əlaqə olduğuna dair mütəxəssislərin əvvəlki fərziyyələrini təsdiqləyir. Alimlərin fikrincə, həyat boyu sürətli addım bioloji qocalmanı 16 yaşa qədər azaldacaq.




Загрузка...