AzTehsil.com


Xəbərlər
01 may 2021
1 022


Nəvələrə baxmaq nənə-babaların həyatını uzadır



 

Almaniya, İsveçrə və Avstriya alimləri sübut edib ki, digər insanlara qayğı göstərən yaşlı insanlar daha çox yaşayır.

Alimlər 1990-2009-cu illərdə keçirilən sorğuların məlumatlarını araşdırıblar. Sorğularda yaşı 70-dən 103-ə qədər olan 500 insan iştirak edib. Nəticədə məlum olub ki, öz nəvələrinə və ya digar uşaqlara baxan yaşlı insanlar 3-4 yaş daha çox yaşayırdı.

Alimlərin fikrinə görə bu nəticə yalnız vaxtaşırı olaraq uşaqlara baxan yaşlı insanlara aiddir. Daim nəvələrlə məşğul olmaq əksinə qocalarda stress yaradır ki, bu da sağlamlığa mənfi təsir edir.



Загрузка...