Bakıda 52 yaşlı qadın attestat imtahanı verdi
Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub.
Aztəhsil.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi trend-in sorğusuna cavab olaraq bildirib.
İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.
İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.