Müəllimlərin arzu etdiyi vəsait artıq satışda
Cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək hər zaman təhsil müəssisələrinin ən aktual məqsədlərindən olub.
Layiqli vətəndaş dedikdə isə cəmiyyət, ailə və özü qarşısında məsuliyyəti dərk edən, xalqın milli-mənəvi dəyərlərinə varislik edən, özünün və ölkənin iqtisadi və mədəni rifah və yüksəlişinə töhfə vermək üçün lazım olan bilik və bacarıqlara yiyələnmiş, nümayiş etdirdiyi vətəndaşlıq məsuliyyəti ilə digərlərinə nümunə olan, pozitiv düşüncəyə malik şəxsiyyət nəzərdə tutulur. Bu cür vətəndaşı yetişdirmək isə heç də asan deyil.
Bunun üçün təhsilverənlərin tədris etdikləri fənnin məzmununu yaxşı bilməsi kifayət etmir. Onlar daim tədris prosesinin səmərəliliyini artırmaq üçün yeni yollar, üsullar, texnikalar axtarışındadırlar. Bu istiqamətdə sistemli metodik xidmət təhsilverənlərin səriştəliliyinin artırılmasını, qabaqcıl pedaqoji təcrübəyə qısa müddətdə yiyələnməsini sürətləndirir, eyni zamanda, yaradıcı fəaliyyətə motivasiya edir.
Təqdim etdiyimiz vəsait də məhz bu məqsədlə hazırlanmışdır. Vəsait Azərbaycan Rəspublikası Təhsil İnstitunun 2022-ci ildə yayınladığı kurikulumun çərçivə sənədi əsasında tərtib olunmuşdur. Belə ki çərçivə sənədində qeyd olunan hüquqi savadlılıq, fənn kurikulumunun tətbiqi həmçinin, pedaqoji və psixoloji nəzəriyyələr bölmələrdəki alt başlıqlar tam olaraq əhatə olunmuşdur. Vəsaitin hazırlanmasındakı əsas məqsəd həm Müəllimlərin İşə Qəbulu həm də hal-hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiya imtahanlarına daha səmərəli hazırlaşmalarını təmin etməkdir.
Kitab yazılarkən tam olaraq yuxarıda qeyd olunan çərçivə sənədinə fokuslanaraq müəllimlər və müəllim olmaq istəyənlər üçün faydalı və əvəzsiz mənbə olmasına diqqət yetirilmişdir. Kitab üç bölmədən ibarətdir. Hər bir bölmədə həmin bölməyə aid kifayət qədər test tapşırıqları yer almaqdadır.Həmçinin Fənn kurikulumlarının tətbiqi kompetensiyası oxucuların ən çox çətinlik çəkdikləri bölmə olduğunu nəzərə alaraq öyrənməni asanlaşdırmaq məqsədi ilə “Qızıl Qayda”lar adı altında əlavələr edilmişdir. İnanırıq ki, bu kitab sizin yüksək nəticələr əldə etmək üçün arzu etdiyiniz vəsait olacaqdır.
Hamınıza uğurlar arzulayırıq !