BDU-da “Xarıbülbül” adlı rəsm sərgisi
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Şuşa ili”nə həsr olunmuş “Xarıbülbül” adlı rəsm sərgisi keçirilib.
Sərginin layihə rəhbəri fakültənin Tələbə Gənclər Təşkilatının sədr müavini Sevinc Həsənovadır.
Sərgidə Kimya fakültəsinin tələbələrinin Şuşa və Qarabağla bağlı rəsmləri təqdim olunub.
Tədbirin sonunda sərginin layihə rəhbəri və iştirakçıları Kimya fakültəsinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.