AzTehsil.com


Xəbərlər / Müəllim
12 oktyabr 2019
1 989


13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı



13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı

 

 
Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb.

Sərgidə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dən artıq iştirakçı qatılıb.

Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən "Rəqəmsal bacarıqlar", "Peşə Təhsili üzrə Dövlət Agentliyi”, "Univerium” yataqxanası, "Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, "Escape room”, "Məktəbdənkənar fəaliyyət”, "Təhsil Texnologiyalar Mərkəzi”, "Gənc Müəllimlər Assosiasiyası”, "Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və "Təhsil TV” Media Mərkəzi təqdim olunub.

Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada "Olimpiadalarda qazanılan uğurlar, regionlarda lisey siniflərinin açılması”, "Hesablayıcı düşüncə meydançası – "Polyup” platformasının təhsildə tətbiqi”, "Məktəb tikintisi, cari ildə yeni istifadəyə verilən təhsil müəssisələri”, "Peşə təmayüllü siniflərin açılması”, "Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin genişləndirilməsi”, "Çevik Bacarıqlar (Soft skills) müasir dövrdə”, "eTwinning Plus: layihə əsaslı öyrənmə”, "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti”, "Azərbaycan müəlliminin nüfuzunun və peşəkarlığının artırılması, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”,  "STEAM", "Rəqəmsal bacarıqlar" və digər mövzularda təqdimatlar nümayiş olunub, mühazirələr oxunub,  TED Talklar təşkil edilib.

Sərginin sonuncu günündə pilot olaraq başladılan "Study in Azerbaijan” layihəsi çərçivəsində eyniadlı saytın təqdimatı keçirilib. Bildirilib ki, hazırda rəsmi internet səhifəsində 10 yerli ali təhsil müəssisəsi haqqında məlumatlar qeyd edilib. Azərbaycanın bütün ali təhsil müəssisələrinin bu portalda təmsili istiqamətində işlər görülür. "Study in Azerbaijan” saytında ölkəmizdə təhsil almaq istəyən əcnəbi tələbələr üçün bütün praktik məlumatlar yerləşdirilib, onları maraqlandıran sualların cavabları öz əksini tapıb. Əsas məqsəd ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində onlara dəstək göstərmək, əcnəbi tələbələrin sayının artırılmasına təkan vermək, universitetlərdəki beynəlmilləşmə istiqamətinə töhfə verməkdir.

Sərgi zamanı işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar keçirilib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, sərginin baş sponsoru "Kapital Bank”dır.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. "Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.




Загрузка...
Həmçinin oxuyun:
13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək

İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb