Valideynlərdən pul aldığı deyilən “Zəngi” liseyinin direktoru DANIŞDI
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin direktoru X sinif şagirdlərinin valideynlərindən pul alması iddiasına cavab verib.
Liseyin direktoru Almaz Əsgərova Oxu.Az-a bildirib ki, yayılan məlumatlar yalandır:
“Bunun şər-böhtan olduğunu sübut da edəcəyik. Məni pul almaqda ittiham edən müəllimin qeyd apardığı şagirdlərin davamiyyət jurnalında “qayıb” yoxdur. Şagird dərsdə yoxdursa, niyə “qayıb” yazıb?”
O qeyd edib ki, məhkəməyə müraciət edəcək:
“İstəyirəm ki, məsələ tam araşdırılsın”.