AzTehsil.com


Xəbərlər
05 aprel 2022
1 255


Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub




Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, filologiya elmləri doktoru ADPU-nun Əbədiyyatın tədrisi metodikası kafedrasının professoru Zahid Xəlilin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, Respublikanın tanınmış ədəbiyyatşünas və filoloq alimləri, AYB-nin üzvləri, mətbuat nümayəndələri, Universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Qonaqlar tədbirdən əvvəl Zahid Xəlilin zəngin yaradıcılığını əks etdirən əsərlərlə tanış olublar.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yubilyarı təbrik edərək vurğulayıb ki, Zahid Xəlil müasir ədəbiyyatımızın zirvələrindən biri olmaqla yanaşı həm də 60 ilə yaxındır ki, Pedaqoji Universitetdə fəaliyyət göstərir. O, zaman-zaman ADPU-da “Gənc Müəllim” qəzetinin redaktoru, müəllim, alim, yazıçı, şair kimi milli ədəbiyyatımıza hərtərəfli xidmət etmişdir və bu gün də bu xidmətini yüksək məhsuldarlıqla davam etdirir.


Natiq qeyd edib ki, xüsusən Vətən müharibəsi dövründə Zahid Xəlil yaradıcılığı xalqımızın böyük qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir Yumruq Dastanı” kimi möhtəşəm bir əsər bəxş eləyib.

Çıxış edən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Bilal Həsənli Zahid Xəlil yaradıcılığı haqqında öz təəssüratlarını bölüşüb.

AYB-nin üzvü, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə böyük ədiblə bağlı özünün xatirələrini bölüşüb, onun yaradıcılığına həsr etdiyi məqalə ilə çıxış edib.

Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl öz çıxışında canlı klassik olan Zahid Xəlilin həm bütün MDB məkanında, həm də Türkiyədə çox yaxından tanındığını vurğulayaraq onun elm və sənətlə eyni zamanda məşğul olaraq mükəmməl nəticələr ortaya qoyduğunu bildirib.

Yubiley tədbirində məruzə ilə çıxış edən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev Zahid Xəlilin Azərbaycan ədəbiyyatında kiçik yaşlı uşaqlar üçün peyzaj lirikasının mükəmməl nümunələrini yaratdığını qeyd edib. Bildirib ki, o əsərində eyni zamanda həm bədii, həm də pedaqoq baxışı sərgiləyir, uşaqlarda poeziya ilə anlayışların formalaşmasının mükəmməl nümunələrini yaradır.

Natiq vurğulayıb ki, 90-cı illərdə torpaqlarımız işğal olunarkən “Vətən mənə oğul demə” yazan Zahid Xəlil qələmi 2020-ci ilin şanlı zəfərindən sonra “Dəmir Yumruq Dastanı”nı yazaraq balalarımıza qələbə dastanını poetik dillə təqdim elədi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı yubilyarı təbrik edərək Zahid Xəlilin İnstitutun Elmi Şurasının qərarı ilə təsis edilmiş “Uşaq ədəbiyyatı üzrə Abdulla Şaiq mükafatı”nın ilk laureatı seçildiyini diqqətə çatdırıb və mükafatı ədibə təqdim edib.

ADPU-nun beynəlxaq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova da universitet və fakültə rəhbərliyi adından uşaq ədəbiyyatının böyük nümayəndəsi olan Zahid Xəlili təbrik edib və ADPU rəhbərliyi adından ununmüddətli ədəbi və elmi-pedaqoji fəaliyyətinə görə “Fəxri Fərman” təqdim edib.

Bədii hissədə fakültədə fəaliyyət göstərən “Meh ədəbi dərnəyi”nin üzvləri ədibin yaradıcılığından şeirlər, mahnılar ifa edib, ədəbi kompazisiyalar, səhnələr, videoçarxlar nümayiş etdiriblər.

Sonda tələbələrin suallarını cavablandıran professor Zahid Xəlilə onun yaradıcılığına göstərilən diqqətə görə universitet rəhbərliyinə və ədəbi ictimaiyyətə təşəkkür edib.




Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova ilə görüş olub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

“Müəllim hazırlığında riyaziyyatın tədrisi: müasir çağırışlar və yeni yanaşmalar”

“Müəllim hazırlığında riyaziyyatın tədrisi: müasir çağırışlar və yeni yanaşmalar”