Üç ali məktəbdə monitorinq keçirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrində (ATM) ötən akkreditasiya qiymətləndirilməsi nəticəsində Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasının monitorinqlərinə start verib.
Agentlikdən verilən məlumata görə, mart ayı üzrə Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti və Bakı Slavyan Universitetində monitorinqlər baş tutub.
Monitorinqlər çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin Akkreditasiya və lisenziya şöbəsi tərəfindən prorektorlar, universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, eləcə də dekan və kafedra müdirləri ilə müsahibələr aparılıb.
TKTA tərəfindən Universitetin təqdim etdiyi ilkin hesabata uyğun olaraq müsahibələrin aparılması və sənədlərin verifikasiyası nəticəsində ATM-in akkreditasiyadan sonrakı dövr ərzində verilmiş tövsiyələrin icra olunması ilə bağlı təhlillər aparılaraq yekun hesabat hazırlanacaq.
Qeyd edək ki, ilin sonunadək silsilə olaraq 15 ATM-də monitorinqlərin aparılması nəzərdə tutulub.