AzTehsil.com


Xəbərlər
22 mart 2022
1 070


Həddən artıq cansıxıcı insanların 15 xüsusiyyəti




Cansıxıcı insan kimi qəbul edilən şəxslərin çoxu gündəlik həyatda ətrafındakılar tərəfindən fərq edilən davranışları tez-tez təkrarlayırlar.


Bir müddətdir sadəcə internet üzərindən yayımlanan Böyük Britaniyanın İndependent qəzeti cansıxıcı insanların 15 xüsusiyyətini araşdırıb:


1-Ağıllı söhbətlər etmirlər

Cansıxıcı insanlar söhbətlərində əsasən danışmaqla qulaq asmaq arasındakı tarazlığı saxlaya bilmirlər. Ya çox danışıb qarşı tərəfə az qulaq asırlar, ya da az danışıb və ya heç danışmayıb sadəcə qarşı tərəfə qulaq asırlar.


2-Qarşısındakı insanın vücud dilinə əhəmiyyət verməzlər

Cansıxıcı insanlar söhbət zamanı qarşısındakı insanın vücud dilinə əhəmiyyət vermirlər. Cansıxıcı insanlar söhbət zamanı qarşıdakı insanın nəzakət əlaməti olaraq başını yellədiyini və ona qulaq asdığını başa düşməzlər.


3-Başqa insanları güldürmürlər

Yumorun təfəkkür rahatlığı göstərdiyini bildirən mütəxəssislər bunun bir hadisəni fərqli baxışdan dəyərləndirmək bacarığı olduğunu açıqlayırlar. Cansıxıcı insanların bu xüsusiyyətə sahib olmadığı iddia edilir.


4-Söhbət zamanı deyəcək bir şey tapa bilmirlər

Cansıxıcı insanların ortaq xüsusiyyətlərindən biri həddən artıq ehtiyatlı olmalarıdır. Söhbət zamanı çox danışmayan insanlar onlara verilən suallara da "Bilmirəm, deyəsən elədir" kimi cümlələrlə cavab verirlər.


5-Hər zaman eyni şeyləri edərlər

İşdən sonra və ya həftə sonu eyni işləri görən insanlar "darıxdırıcı insan" kateqoriyasına daxildir. Yeniliklərin insanları daha xoşbəxt etmək ehtimalı olduğuna görə, insanlar davamlı olaraq eyni şeyləri etməkdənsə fərqli işlərə istiqamətlənərək daha xoşbəxt olurlar.


6-Şəxsi fikirləri yoxdur

Ətrafında baş verənləri tənqid etməyi düşünməyən insanların söhbət zamanı çox danışmadığı ortaya çıxır. Mütəxəssislər bu tərz insanların adətən hadisələrə əsəbi bir baxışla yanaşdıqlarını açıqlayıblar.


7-Yaxşı əhvalat danışmazlar

Maraqlı insanların əyləncəli əhvalatlar danışdıqları müəyyən edilib. 2016-cı ildə aparılan araşdırmaya görə, qadınlar yaxşı əhvalat danışan kişiləri daha cəzbedici qəbul edirlər.


8-Yeni bir şey təqdim edə bilmirlər

İnsan beyni üzərində aparılan araşdırmalara görə, beyin daima yenilik axtarır. Əgər söhbət zamanı qarşındakı insana yeni məlumatlar verməzsən, həmsöhbətin bir müddət sonra darıxacaqdır. Darıxdırıcı insanların adətən bunu bacarmadığı və söhbətlərinə yenilik əlavə edə bilmədikləri bildirilir.


9-Hadisələrə qarşı tərəfin baxış bucağından baxa bilmirlər

Mənəvi zəkaları aşağı olan insanlar söhbətin qarşı tərəfdəki insan üçün necə keçdiyini analaya bilmirlər. Özlərini başqalarının yerinə qoymadıqları üçün də onlarla kimsə söhbət etmək istəmir.


10-Söhbətə başqalarını qoşmurlar

Cansıxıcı insanlar söhbət zamanı sadəcə öz problemlərindən danışır, hər şeyı xırda təfərrüatına qədər söyləyir, söhbətdə başqalarının da iştirakına mane olurlar.


11-Səmimi söhbət edə bilmirlər

Cansıxıcı insanlar adətən söhbətləri üçün hazırlanmış məlum bir mətnə sadiq qalaraq bundan ayrıla bilmirlər. Mütəxəssislər yaxşı söhbət edən insanların söhbətləri qurtaran zaman sözü qarşı tərəfə ataraq söhbəti yekunlaşdırdığını bildirirlər.


12-Səs tonları motondur

Eyni səs tonuyla danışan bir insan "cansıxıcı" kateqoriyasına daxildir. Eyni səs tonuyla danışan insanların nə zaman əsəbləşdiyi və ya həyəcanlandığı bilinmir.


13-Hər zaman bədbin olurlar

Mütəxəssislər hadisələrə hər zaman mənfi tərəfdən yanaşan insanların darıxdırıcı olduğunu və bu insanların qurban olduqları düşüncəsiylə yaşadıqlarını bildirirlər.


14-Özlərini təkrarlayırlar

Eyni əhvalatı dəfələrlə təkrarlayan insanların cansıxıcı olduqları bildirlir. Bu insanların danışarkən də eyni kəlmələri təkrarlaması onları daha da darıxdırıcı edir.


15-Həmişə darıxırlar

Problemin iki tərəfli olduğu bildirlir. Darıxdığını bildirən insanlara qulaq asan insanların da darıxdığı bildirilir. Bu səbəbdən də cansıxıcı insanların digər insanların müsbət enerjisini zəiflətdiyi məlum olur.




Загрузка...