AzTehsil.com

Xəbərlər / Müəllim
05 mart 2022
958

Məktəblərdə 8 Mart həyəcanı: Buket, yoxsa “paket”?

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Hər il bu ərəfədə məktəblərdə pul yığılmasıyla bağlı müzakirələr açılır. Xüsusən də valideyn komitələri bu prosesdə fəal iştirak edirlər. Yığılan vəsaitin miqdarı isə məktəbə görə dəyişir.

Bununla bağlı müəyyən tədbirlər görülsə də, yenə də eyni problemlər yaşanır. Hətta ötən gün Təhsil Nazirliyi də çağırış edib. Nazirlik valideynlərdən bu cür neqativ hallarla bağlı onları məlumatlandırmağı xahiş edib.

Maraqlıdır, bu cür mənfi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov  açıqlamasında deyib ki, məktəblərdə pul yığmaq aşağılayıcı bir əməldir:

“Hər il belə əlamətdar günlər yaxınlaşanda sosial şəbəkələrdə bu kimi müzakirələr gedir. Hətta nazirlik xəbərdarlıq da edir, əmrlər də verir. Pul yığılması məsələsi neçə illərdir ənənə halını alıb. Söhbət təkcə 8 Martdan getmir. İstər Müəllimlər Günü olsun və ya hər hansı bir müəllimin ad günü. Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması bu və ya digər formada vəsait toplanması bimənalı şəkildə yolverilməzdir. Pul yığmaq aşağılayıcı bir hərəkətdir. Müəllim adına yaraşmaz”.

Ekspertin sözlərinə görə, valideynin və şagirdin əziz saydığı müəllimini təbrik etməsində qəbahət yoxdur:

“Bəzən biz çox böyüdürük. Müəllim də insandır. Hər bir insan hansısa əlamətdar hadisə ilə bağlı təbrik edilə bilər. Tutaq ki, hər hası bir şagird və ya valideyn əziz saydığı müəllimini təbrik edir. Niyə görə, qınaq obyektinə çevrilir? Bu məsələ başa düşülən deyil. Elə qadağa yoxdur. Bu müəllim üçün mənəvi qidadır. Lakin sırf hər hansı bir şəkildə pul yığılması müəllim adına ləkədir”.

N.İsrafilov müəllimi təbrik etməyi vacib sayır:

“Bəzən adi hədiyyəni korrupsiya, rüşvətə bağlayırıq. Belə hallara yol vermək olmaz. Müəllimi bu dərəcədə aşağılamayaq. Niyə müəllimlərin üstünə düşmüşük? Müəllimi təbrik etməyi vacib sayıram. Amma müəllimi təbrik etmək üçün pula ehtiyac yoxdur. Təbrik ayrı, pul yığmaq ayrı. Bunları qarışdırmamalıyıq.”.

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Nazir: “8 Martla bağlı sosial şəbəkələrdə şikayətlər olarsa, biz onları araşdıra bilərik”

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

BŞTİ məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

Stol pulu 1-5, sinfi dəyişmək 200 manat: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb?

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Nadir İsrafilov: Bu ifadə, təkcə gələcəyimiz olan təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə aşağılıq və utanclıq gətirir...

Liseydə şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."