Təhsilin İnkişafı Fondunun idarəetmə qaydası müəyyənləşib
“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsin idarəetmə qaydası və nizamnamə fondu müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi”ndə əksini tapıb.
Fondun idarəetmə orqanı İdarə Heyəti olacaq. İdarə Heyəti Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyəti Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 üzvdən ibarət olacaq. Fondun nizamnamə fondu 1 000 000 (bir milyon) manat olacaqr.
Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalardan, Fondun fəaliyyətindən əldə olunmuş gəlir, ianələr, qrantlar və cəlb edilən investisiyalar və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşacaq.