Müəllimlər dərs zamanı uşaqlardan alınan telefonları onların gözləri önündə yandırdılar
İndoneziyada müəllimlər dərs zamanı şagirdlərin əllərindən alınan telefonları onların gözləri qarşısında yandırıblar.
Bunun üçün böyük ocaq qalanıb və smartfonlar oda atılıb.
Yerli mətbuatda yayılan məlumata görə, smartfonları alınan uşaqlar cəza olaraq prosesi yaxından izləyiblər.
Bildirilir ki, bəzi uşaqlar qadcetlarının alovlanmasını seyr edərkən göz yaşlarını saxlaya bilməyiblər.
Mənbə: gazeta.ru