Xırdalan Şəhər 9 Nömrəli Məktəbdə Hamının Gözü Qarşısında Müəllimlər Arasında Dava Düşdü
Xəbəral.az saytı xəbər verir ki, bu gün səhər saatlarında valideyinlərin, şagirdlərin və müəllimlərin gözü qarşısında Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə müəllimlər arasında dava düşüb. Belə ki, Tədris işləri üzrə direktor müavini Cəfərova Kamalə ilə və məktəbin riyaziyyat müəllimi arasında ağır ittihamlar dolu, təhqirlərlə söz davası olub.
Onlar hər kəsin gözü qarşısında bir-birini təhqir edərək nalayiq ifadələr işlədiblər.Mənbə bildirir ki, iki müəllim arasında ki, dava valideyn şikayəti üstündə olub.
Şahidlər Xəbəral.az saytına onuda bildirdilər ki, müəllimlər arasında olan söz söhbətlər, davalar məktəbdə hər gün adət halını alıb.
Məktəbdə olan ayrı seçkilik və özbaşınalıq artıq məktəb kollektivini təngə gətirib
Bizə də maraqlısı odur ki, direktor müavini bir pedaqoq olaraq məktəbdə bu cür davaların önündə niyə dayanır?
Bilirsinizmi məktəbdə müəllimlər arasında olan davalar şagirdlərin psixalogiyasına necə mənfi təsir edir?
Çox güman ki, Xəbəral.az saytının bu yazısından sonra, Təhsil Nazirliyi və Abşeron Təhsil şöbəsi Xırdalan 9 nömrəli məktəb də müəllimlər arasında olan söz-söhbətə son qoyub orada şəffav tədris sistemi yaradacaqlar.
Xatırladaq ki, Xırdalan şəhəri 9 nömrəli məktəbin direktoru uzun illərdir Həcər İbrahimovadır.
Mövzuya qayıdacağıq…
Qarşı tərəfin mövqe haqqını tanıyırıq