AzTehsil.com


Xəbərlər / Müəllim / Psixoloq
26 fevral 2022
1 200


Müəllimlərin psixoloji müsahibəyə cəlb olunması lazımdırmı?




Son vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş verən xoşagəlməz hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibə məsələsini gündəmə gətirir. Bunun zəruriliyini düşünənlər də, əks mövqedə olanlar da var.

 

Ölkənin təhsil sferasında son vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş verən xoşagəlməz hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibənin birmənalı olmasa belə lazımlığını gündəmə gətirdi. Dünya ölkələrində, əslində, çoxdan həyata keçirilən bu kimi testlər bütün sahələrdə iş üçün müraciət edənləri əhatə edir. Belə ki, psixoloji testlər ən çox diqqətlilik, yaddaş, işçinin reaksiya sürəti, habelə onun xasiyyəti, davranışları ilə bağlı göstəricilərini ölçür. Pedaqoqlarla bağlı isə hesab edilir ki, pedaqogikanın, həqiqətən də, onların işi olub-olmadığını öyrənmək üçün gələcək müəllimlər və ya seçdikləri peşəyə şübhə edənlər üçün psixoloqla söhbət etmək faydalıdır.

 

Psixoloji hazırlıq və ümumi dünyagörüşü


Müəllimlərin psixoloji müsahibəyə cəlb olunması lazımdırmı? Bizim ölkəmizdə də bu suala cəmiyyətdə baş verən hadisələr fonunda müxtəlif cavablar eşidilir. 

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov"Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə "Kaspi”nin mövzu ilə bağlı sualını cavablandırarkən  məsələnin diqqətdə olduğunu bildirib: "MİQ imtahanları zamanı bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Bu xüsusi əhəmiyyət kəsb edir. Bəzən müəllimlərin nəticələri məhz dünyağörüşü və psixoloji müsahibəyə görə qaneedici hesab edilmir. Müəllimlərin müsahibə mərhələsində psixoloqlar da iştirak edəcək”.

 

Psixoloqların peşəkar dəstəyi


Prosesin bizim təhsil sferasında necə nizamalanacağını qeyd etməzdən öncə, qonşu ölkələrin təcrübələrinə nəzər salaq. Belə ki, Rusiyada müəllimlərin psixoloji müsahibəyə cəlbi ilə bağlı üst-üstə düşməyən fikirlər yer alıb. "Psixoloqlar məktəb müəllimləri ilə işləməlidir”- deyə Moskva şəhər Milli Valideyn Komitəsi təhsil müəssisələrində yeni vəzifənin tətbiqini təklif edib. Bu fikir son həftələrdə Rusiya paytaxtında baş verən müəllim-şagird qalmaqallar zəncirinin nəticəsidir: "İnternetdə müəllimlərin şagirdlərə qarşı kobud davranışlarını əks etdirən bir neçə video peyda oldu. Bu hallar bir daha sübut edir ki, müəllimlər psixoloqların peşəkar köməyinə ehtiyac duyurlar. Müəllimlərin belə dəstəyə ehtiyacı var, çünki biz onların bizə, uşaqlara, cəmiyyətə borclu olduqlarını düşünməyə öyrəşmişik, halbuki cəmiyyət onlara lazımi diqqət yetirmir, o cümlədən maddi”.

 

Belarusda da müəllim-şagird-valideyn üçbuçağı baxımından vəziyyət ürəkaçan deyil. Yerli ekspertlərin dediyinə görə, yeni nəsillə üz-üzə olmaq müəllimləri psixoloji seminar və treninqlərin ən maraqlanan, minnətdar dinləyiciləri və fəal iştirakçısına çevirib. Psixoloqlar isə yaxalarını kənara çəkirlər: "Dövlət müəllimləri dəstəkləmək yollarını tapmalıdır”.


Daha müasir yanaşmalar


Kembric Universitetinin professoru Qərib Mürşüdov "Kaspi”yə açıqlamasında Böyük Britaniya Təhsil Nazirliyinin tələblərindən danışaraq qeyd edir ki, müəllimin tədris etdiyi dərsi bilmək ancaq pedaqoji işin bir hissəsi hesab edilir: "Sinif idarə edilməsi, müxtəlif bacarıqlı şagirdlərə müxtəlif yanaşma və s. tələb olunur”. Professor müəllimlərin işə qəbulunda ayrıca psixologiya imtahanını zəruri hesab etmir. Amma sinif psixologiyasını, şagird psixologiyasını bilmək və istifadə etmək vacib sayılır: "Müəllimlərin elementar səviyyədə uşaq psixologiyasını bilməsi də vacibdir. Bu baxımdan İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın özünəməxsus tələbləri var. İngiltərədə müəllim olmaq istəyənlərin bakalavr dərəcəsi olmalıdır və onlar birillik müəllim təlimatı kursu keçməlidir”.

 

Psixologiya fənninin tədrisinə diqqət


Ölkəmizdə təhsil ekspertlərinin də məsələyə münasibəti birmənalı deyil. Yəni müəllimin psixoloji müsahibəyə cəlbini zəruri və lazımsız hesab edənlər var.


Təhsil eksperti Nadir İsrafilovun fikrincə, müəllim dərsi idarə edə bilmirsə, deməli, sinfi ələ almağı bacarmır, sinfi ələ ala bilmirsə, deməli, uşaq psixologiyasına, dərsin metodikasına lazımınca yiyələnməyib. Yəni son zamanlar məktəblərimizdə baş verən olaylar, dərs prosesində müəllim-şagird münasibətlərində yol verilən qeyri-etik hərəkətlər məhz buna işarədir. "Çünki pedaqogikanı psixologiyasız, metodologiyasız, uşaq fiziologiyasız təsəvvür etmək mümkün deyil. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Məktəblərdə baş verənlər bir növ məktəbin pedaqogikadan, psixologiyadan, fiziologiyadan ayrı düşməsinə işarədir. Müəllimi təkcə hansısa məlumatları əzbərləyib, lazımi keçid balı toplamaqla qiymətləndirmək yanlış yanaşma olardı. Buna görə də müsabiqənin test imtahanı ilə yanaşı, müsahibə mərhələsində onun psixoloji hazırlığı ilə əlaqədar məqamlara da diqqət yetirmək nəinki lazımdır, hətta son dərəcə zəruridir”. Ekspertin fikrincə, məktəblərdə psixoloq ştatının olması ilə kifayətlənmək olmaz və bütün baş verənlərin məktəb psixoloqu ilə əlaqələndirilməsi də heç də ədalətli mövqe sayılmazdı. Belə ki, hər bir müəllimin özü də psixoloji keyfiyyətlərə malik olmalıdır: "Çünki, müəllimlik missiyadır, yaradıcı işdir. Bunun üçünsə, ilk növbədə ali məktəblərimizin müəllimlik ixtisaslarında psixologiya fənninin tədrisinə diqqət artırılmalıdır. O ki, qaldı ayrıca psixoloq müsahibəsinə, buna əlavə lüzum görmürəm”.

 

Nəinki məktəblərdə, bağçalarda da lazımdır


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidovanın fikrincə, psixoloji müsahibə nəinki məktəblərdə, həmçinin bağçalarda da nəzərə alınmalıdır: "Müəllimlərin testdən keçirilərək təhsil müəssisəsinə buraxılması daha yaxşı olar. Hətta təkcə MİQ imtahanları zamanı deyil, bir neçə ildən bir - attestasiyalar, akkreditasiyalar aparılan vaxtı da bu prosesdən keçmələrinin təmin olunması məqsədəuyğundur”. Pedaqoq hesab edir ki, bu müsahibələr psixoloji prosesi izləməsi, bu sferada yaranan problemləri necə aradan qaldırması yollarının axtarılması üçün müəllimlərin öz üzərində işləməsinə gətirib çıxaracaq: "İstənilən müəllim pedaqoji təhsil aldığı müddətdə minimum bir il psixologiya dərsləri keçir. Müəllim ən azından bu prosesi bilir. Müəllimin psixoloji durumu çox vacib məsələdir. Çünki bağçalarda da, məktəblərdə də fərqli davranış sərgiləyən müəllimlər olur. Fikrimcə, psixoloji müsahibə çox şeyi dəyişəcək. Müəllimləri öz işlərinə daha məsuliyyətli yanaşmaya təhrik edəcək. İstənilən halda, müəllimlər bu müsahibələrə hazır olacaq”.


Təcrübələr göstərir ki, müəllim-şagird-valideyn münasibətlərinin tam nizamlanmasında  pedaqoji reseptlər və "sehrli” üsullar kifayət etmir. Müəllimlərin təhsil işçilərinin ixtisasının artırılması üçün universitet və institutlarda əlavə psixoloji təhsil almaq, beynəlxalq təlimlərə qatılmaq imkanı var.

 




Загрузка...
Həmçinin oxuyun:
Müəllim səbr etməyi BACARMIRSA, İŞLƏMƏSİN...

Müəllim səbr etməyi BACARMIRSA, İŞLƏMƏSİN...

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Qışqıraraq uşaq psixologiyasına təsir etmək cəhdi.

Qışqıraraq uşaq psixologiyasına təsir etmək cəhdi.

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: “Bunu qəhrəmanlıq hesab edirlər”

Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: “Bunu qəhrəmanlıq hesab edirlər”

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Nadir İsrafilov: “Metodikanı bilməyən müəllim deyil, sıradan olan bir ixtisas sahibidir...”

Nadir İsrafilov: “Metodikanı bilməyən müəllim deyil, sıradan olan bir ixtisas sahibidir...”

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Məktəblərdə tətbiq olunacaq yeni mexanizm abituriyentlər üçün vacib köməkliyi göstərəcək

Məktəblərdə tətbiq olunacaq yeni mexanizm abituriyentlər üçün vacib köməkliyi göstərəcək

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli...

Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli...

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.