AzTehsil.com


Xəbərlər / Şagird
26 yanvar 2022
1 008


Azərbaycan şagirdləri 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək




2022-ci ildə Azərbaycan şagirdləri 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.


Sözügedən qiymətləndirmə tədqiqatları aşağıdakılardır:

PISA 2022


Ölkəmizdə təhsil alan 15 yaşlı şagirdlər 2021-ci ildə sınaq mərhələsi baş tutmuş Beynəlxalq Şagird Qiymətləndirilməsi tədqiqatı – PISA 2022-nin (Programme for International Student Assessment) əsas mərhələsində iştirak edəcəklər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat və elm sahələri ilə yanaşı, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək. Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatında 2018-ci ildə olduğu kimi kompüterəsaslı iştirak edəcək.


ICILS 2023


Ölkəmiz 2022-ci ildə 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı – ICILS 2023-ün (International Computer and Information Literacy Study) sınaq mərhələsində iştirak edəcək. Əsas mərhələsi 2023-cü ildə baş tutacaq tədqiqat ilk dəfə 2013-cü ildə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılıb. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı şagirdlərin hesablama düşüncəsinin qiymətləndirilməsi ilə yanaşı, məktəbdə kompüterlərlə problemi həll etmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir.


 TIMSS 2023


2022-ci ildə ölkəmizin IV və VIII sinif şagirdləri Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı – TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study) sınaq mərhələsində iştirak edəcək. 4 ildən bir keçirilən tədqiqatın əsas mərhələsi 2023-cü ildə baş tutacaq. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır.  Azərbaycan bu beynəlxalq qiymətləndirmə tədqiqatında kompüterəsaslı iştirak edəcək.


Qeyd edək ki, Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması əsas məqsədlərdən biri kimi təyin edilib




Загрузка...
Həmçinin oxuyun:
PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsinə başlanılıb

PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsinə başlanılıb

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

PISA şagirdlərin sosial səriştələrini qiymətləndirəcək

PISA şagirdlərin sosial səriştələrini qiymətləndirəcək

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda bu şagirdlərin sayı artdı

Məktəblərdə milli qiymətləndirmə təşkil olunacaq

Məktəblərdə milli qiymətləndirmə təşkil olunacaq

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Şagirdlər üçün qiymətləndirmə tapşırıqları  vəsaitləri nəşr olunub

Şagirdlər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri nəşr olunub

“Virtual məktəb”də keçirilən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək

“Virtual məktəb”də keçirilən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək

Təhsil İnstitutu: Beynəlxalq riyaziyyat müsabiqəsinə qeydiyyat noyabrın 7-dək aparılacaq

Təhsil İnstitutu: Beynəlxalq riyaziyyat müsabiqəsinə qeydiyyat noyabrın 7-dək aparılacaq

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Rus bölməsi üzrə I siniflərdə riyaziyyat fənni dərsliyinin fərqli cəhətləri

Rus bölməsi üzrə I siniflərdə riyaziyyat fənni dərsliyinin fərqli cəhətləri

Şagirdlər üçün mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

Şagirdlər üçün mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

Milli qiymətləndirmənin nəticələri təhlil olunub

Milli qiymətləndirmənin nəticələri təhlil olunub

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Beynəlxalq riyaziyyat müsabiqəsinə qeydiyyat davam edir

Beynəlxalq riyaziyyat müsabiqəsinə qeydiyyat davam edir

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal