AzTehsil.com


Xəbərlər / Müəllim
04 iyun 2021
2 917


Milli qiymətləndirmənin nəticələri təhlil olunub



 

Milli qiymətləndirmənin nəticələri təhlil olunub

Ümumi təhsil pilləsində təhsilalanların biliyinin qiymətləndirilməsi, monitorinqinin aparılması Təhsil Nazirliyinin prioritet hesab etdiyi məsələlərdəndir. Müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə Təhsil Nazirliyi 01-11 iyun tarixlərində növbəti dəfə milli qiymətləndirmələr təşkil edib.  Sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi  üçün konkret istiqamətləri müəyyənləşdirməkdir.

"Məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirməkdir”

Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə 2020-2021-ci tədris ilində artıq 2 milli qiymətləndirmə təşkil olunduğunu bildirib:  "19 dekabr 2020-ci il tarixində onlayn ("Virtual məktəb” platformasında) keçirilmiş milli qiymətləndirmədə 3500-ə yaxın ümumi təhsil müəssisəsinin IV, VI və IX siniflərində təhsil alan 189 445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub”.

Anar Mirzəzadə qeyd edib ki, gender üzrə müqayisədə, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstərib: "Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub. Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7, rayon məktəbləri üzrə isə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni isə Saatlı rayonu (54 faiz) göstərib.
 
2021-ci ilin 5-12 mart tarixlərində keçirilmiş milli qiymətləndirmədə isə 7000-ə yaxın şagird iştirak etmişdir. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilmişdir”.
 
Nazirlik rəsmisi növbəti milli qiymətləndirmənin cari ildə keçirilənlərdən fərqli olaraq həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn ("Virtual məktəb” platforması üzərindən) formatda təşkil olunacağını da sözlərinə əlavə edib: "İyun ayının ilk ongünlüyündə növbəti milli qiymətləndirmə aparılır. 1 iyun tarixindən başlayan milli qiymətləndirmə prosesində ilk növbədə IV, VI  və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandırıblar. 2 iyun tarixindən isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandırıblar.

Milli qiymətləndirmənin ümumi məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirmək olsa da, müxtəlif illərdə aparılan qiymətləndirmə tədqiqatının hər biri xüsusi məqsədə malik olur.

1-11 iyun tarixlərində təşkil olunması nəzərdə tutulan milli qiymətləndirmənin əsas  məqsədi pandemiya dövründə müxtəlif fənlər üzrə tədrisin keyfiyyətinin öyrənilməsidir”.

"Milli qiymətləndirmə tədqiqatlarının uğurla həyata keçirilməsi üçün ən vacib şərtlərdən biri”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da milli qiymətləndirmə ilə bağlı fikirlərini bizimlə bölüşüb: "Hesab edirəm ki, təhsilin keyfiyyətinə nəzarət etmək üçün milli qiymətləndirmə adlandırdığımız yekunda şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etməyən, bu kimi tədqiqat xarakterli qiymətləndirmələrin təşkil olunması ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirməklə yanaşı həm də elektron sistemin texniki dəyərlərinin qiymətləndirilib, hansı problemin olduğunu öyrənməyə və gələcəkdə bunun qarşısını almağa imkan yaradır.
 
Respublikamızda ilk milli qiymətləndirmə pilot layihə şəklində 5-14 may 2003-cü il tarixlərində keçirilib. Həmin vaxtdan başlayaraq milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək, şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə, təhsilin vəziyyəti haqqında etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə ilə 3-5 ildən bir təşkil olunur. Milli qiymətləndirmə keçirilərkən əvvəlcədən qarşıya məqsədlər (xüsusi və ümumi) qoyulur ki, bu da yeni təlim strategiyalarının, fəal təlim metodlarının səmərəliliyinin, müəllimlərin fənn kurikulumlarına nə dərəcədə yaradıcı yanaşmasını, şagirdlərin təlim nailiyyətləri ilə yanaşı onların şəxsiyyət və vətəndaş kimi formalaşmasını müəyyən etmək üçün lazımi məlumatların toplanması ilə nəticələnir. Milli qiymətləndirmə tədqiqatlarının uğurla həyata keçirilməsi üçün ən vacib şərtlərdən biri həqiqiliyin və etibarlılığın tələblərini ödəyən qiymətləndirmə vasitələrinin hazırlanmasıdır.
 
Onu da qeyd edək ki, şagirdlərin təlim nəticələri haqqında toplanmış məlumat sistemli olmadıqda müəyyən prinsiplərə (məlumatın toplanması, təhlili, istiqamətlərin müəyyənləşdirilməsi, problemlərin həlli) əsaslanmış monitorinqin aparılmasında da çətinlik yaranır. Milli qiymətləndirmənin əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək olan milli qiymətləndirmə sistemli araşdırmanın tələblərinə cavab verən tədqiqatdır.

Bir məqamı da nəzərə almaq lazımdır ki, ötən ilin dekabrında I yarımilin yekunları ilə əlaqədar keçirilən milli qiymətləndirmədə texniki səbəbdən imtahanı bitirə bilməyən şagirdlərin nəticəsini öyrənmək mümkün olmamışdı, texniki olaraq bu imtahanda iştirak edə bilməyən şagirdlər üçün budəfəki milli qiymətləndirmə onlara yeni imkan yaradacaq. Bir də ki, milli qiymətləndirmədə şərt deyil ki, bütün fənləri qiymətləndirəsən. Elə vaxt olub ki, ancaq tədris dili, riyaziyyat fənləri qiymətləndirilib. Builki milli qiymətləndirmədə tədqiqat üçün müəyyən edilmiş digər fənlər salınır. Ola bilsin ki, növbəti qiymətləndirmələrdə başqa fənlər salınsın”.

 "Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir”

Bakı şəhəri MLK-nın tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim İlqar Abdullayev də milli qiymətləndirmənin vacibliyindən danışıb. O, ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunmasını təqdirəlayiq hal olduğunu deyib:

"Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

Ümidvaram ki, bu milli qiymətləndirmə ümumilikdə təhsilimizdə olan problemlərin aşkara çıxarılmasında, sonradan isə onların aradan qaldırılmasında mühüm rol oynayacaq”.

"Milli qiymətləndirmə həm də müxtəlif illərdə təhsildə baş verən keyfiyyət göstəricilərinin indikatoru funksiyasını daşıyır”

Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov milli qiymətlənmənin təhsilimizin inkişafına yönəlmiş bir proses olduğunu diqqətə çatdırıb. Ümumi təhsilin bütün pillələri üzrə keçirilən qiymətləndirmənin vacibliyindən danışıb: "Təhsilin keyfiyyət göstəricilərini tez-tez müəyyən etmək, bu istiqamətdə tətqiqatlar aparmaq, qarşıda qoyulan hədəflərə çatmaq üçün atılan ən vacib addımlardandır. Nəzərə alaq ki, milli qiymətləndirmə həm də müxtəlif illərdə təhsildə baş verən keyfiyyət göstəricilərinin indikatoru funksiyasını daşıyır. Bununla biz illər üzrə həm bölgələr, həm rayonlar, həm də ayrı-ayrılıqda məktəblərin belə təlim nəticələrini yenidən  müqayisəli şəkildə monitorinqini apara bilirik. Onu da qeyd edim ki, aparılan tətqiqatlar nəticəsində nəticələrin ictimaiyyətə açıqlanması da çox təqdirəlayiq addımlardandır”. 

Niyazi RƏHİMOV

 



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə milli qiymətləndirmə təşkil olunacaq

Məktəblərdə milli qiymətləndirmə təşkil olunacaq

“Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq

“Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq

Vəfa Yaqublu: Milli qiymətləndirmədə şagirdlərin təbiət fənləri üzrə bilikləri manitorinq ediləcək

Vəfa Yaqublu: Milli qiymətləndirmədə şagirdlərin təbiət fənləri üzrə bilikləri manitorinq ediləcək

“Virtual məktəb”də keçirilən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək

“Virtual məktəb”də keçirilən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək

Məktəbdaxili qiymətləndirmədə yaxşı nəticə harada qeydə alınıb?

Məktəbdaxili qiymətləndirmədə yaxşı nəticə harada qeydə alınıb?

Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

C. Bayramov: “İkinci yarımil üzrə kiçik və böyük summativ qiymətləndirmə aparılmayacaq”

C. Bayramov: “İkinci yarımil üzrə kiçik və böyük summativ qiymətləndirmə aparılmayacaq”

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Təhsil Nazirliyi orta məktəblərdə aparılan qiymətləndirmənin səbəbini açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə aparılan qiymətləndirmənin səbəbini açıqlayıb

Paytaxt təhsilinin keyfiyyət göstəriciləri təhlil edilib

Paytaxt təhsilinin keyfiyyət göstəriciləri təhlil edilib

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Təhsil nazirliyi rayon(şəhər) təhsil şöbələrinə məktub göndərib

Təhsil nazirliyi rayon(şəhər) təhsil şöbələrinə məktub göndərib

Şagirdlər üçün qiymətləndirmə tapşırıqları  vəsaitləri nəşr olunub

Şagirdlər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri nəşr olunub

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Summativ qiymətləndirmə neçənci siniflərdə və hansı fənlər üzrə keçirilməlidir? - Aktual

Summativ qiymətləndirmə neçənci siniflərdə və hansı fənlər üzrə keçirilməlidir? - Aktual