AzTehsil.com


Xəbərlər / Müəllim
20 dekabr 2021
1 202


Qarabağda artan iqtisadi qüdrət sülh naminədir




Azərbaycan müasir dövrün iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Qarabağda təhlükəsizliyin təmin olunması, o cümlədən insan hüquqlarının qorunması,minalardan təmizlənmə və infrastrukturun yaradılması istiqamətində əsas yük dövlət büdcəsinin üzərinə düşsə də, beynəlxalq inkişaf partnyorları, özəl sektor və diaspora sərmayələri iqtisadiyyatın canlandırılmasında həlledici siyasət yolundadır.


“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında İlham Əliyev Cənabları tərəfindən qəbul etdiyi sərəncamlar dərin islahatların aparılmasının zəruri əsasıdır – təməlidir!


İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizdə törətdikləri vəhşiliyi öz gözləri ilə görüblər. Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən şəxslərin Ermənistana qarşı mənfi hissləri var....Təbiidir amma artıq qayıdışa hazır olmalıyıq !


İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.


Azərbaycan Tolerant və Humanist ölkədir. Buna görə də xalqımız da tolerantlığı milli təfəkkürün nəticəsi hesab edir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.


Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır!


Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin olunur. Ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzindədir.


XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi. Bu gün qaz -amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir.


Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik! Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub.Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən və ərazi iddialarından çəkinməlidir.


Qarabağda dayanıqlı artan rəqabət,qabiliyyətli iqtisadiyyatın 6 əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, nəqliyyat-logistika və turizm. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir.Sülh naminə Qarabağ çiçəklənən Azərbaycanın bir qüşəsinə çeviriləcək!


Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verəcək!


Ellada Əhmədova


Xəzər rayonu, 230 nömrəli tam orta məktəbin müəllimi




Загрузка...
Həmçinin oxuyun:
Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində

BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib

BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”

“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”

Tələbə Gənclər Təşkilatları İttifaqı BANM rektoru ilə görüşdü

Tələbə Gənclər Təşkilatları İttifaqı BANM rektoru ilə görüşdü

Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar – RƏSMİ + FOTO

Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar – RƏSMİ + FOTO

Nazir müavini: İqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır

Nazir müavini: İqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Təhsil üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Təhsil üzrə İşçi Qrupun növbəti iclası keçirilib

UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”

UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu imzalayıb

İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu imzalayıb

Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur

Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans