AzTehsil.com


Xəbərlər
23 aprel 2021
990


“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”



“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”

 

Sumqayıt Dövlət Universitetində (SDU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş "Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransda millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyası  (AMEA) və  ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov  Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıb və  bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Möhtəşəm  Zəfər böyük geosiyasi məkanda proseslərin mənzərəsini dəyişməkdədir.

Konfransın əhəmiyyətindən bəhs edən prorektor qeyd edib ki, məruzəçilərin məzmunlu tədqiqatları, əldə etdikləri elmi nəticələr, praktiki təkliflər ölkəmizin regionlarına aid problemlərin aşkara çıxarılması və aradan qaldırılması istiqamətində əməli töhfə olacaq.

Millət vəkili, akademik Ziyad Səmədzadə deyib ki, Vətən müharibəsindəki qələbə Azərbaycan dövlətinin qarşısında yeni hədəflər və vəzifələr qoyub. Prezidentin təsdiq etdiyi "Azərbaycan- 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Böyük Qayıdışın ayrıca prioritetlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdıran akademik Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən düşünülmüş və sistemli dövlət tədbirlərindən bəhs edib.

Millət vəkili  Vüqar Bayramov "Regional iqtisadi əməkdaşlıq perspektivləri Qarabağ Zəfəri kontekstində” adlı məruzə ilə çıxış edib, konfransın mövzusunun aktuallığından danışıb, tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizdə iqtisadi baxımdan yeni inkişaf mərhələsinə keçid üçün geniş imkanların yarandığını bildirib.

Böyük iqtisadi potensiala malik olan Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının uzun müddət işğal altında qaldığını, erməni vandalları tərəfindən vəhşicəsinə talan edildiyini deyən millət vəkili bu iki mühüm iqtisadi bölgənin düşmən təcavüzündən azad edilməsinin perspektiv dövrdə Azərbaycanın iqtisadi artımında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

AMEA-nın müxbir üzvü, professor Akif Musayev "İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” mövzusunda məruzə ilə çıxış edib. "Ərazilərin bərpası,  yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızın işlə təminatına müsbət təsir göstərəcək”-deyə məruzəçi vurğulayıb.

Tədbirdə digər iştirakçılar da mövzuya dair məruzə ilə çıxış ediblər. 



Загрузка...
Həmçinin oxuyun:
Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində

UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”

UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

UNEC-in millət vəkili olan tanınmış məzunu ilə görüş keçirilib

UNEC-in millət vəkili olan tanınmış məzunu ilə görüş keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Mingəçevir Dövlət Universitetində elmi konfrans

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

Virtual konfransda məruzələr təqdim olunub

Virtual konfransda məruzələr təqdim olunub

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib