BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib
Bakı Dövlət Universitetinın tədqiqatçısı Leyla Rəşid İtalıyanın "Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun (IREPI) fəxri üzvü seçilib.
Aztəhsil.com xəbər verir ki, Moldovanın Kosovanın, Azərbaycanın, Özbəkstanın İtaliyadakı fəxri konsulları, Roma sosial elmlər Universitetinin professoru, İtaliya Xarici İşlər Nazırliyinin rəsmisi, İtaliya- Moldova Ticatət Palatasının sədri və digər siyasi analitiklər, deputatlar, hüquqşünas və iqtisadçıların fəxri üzv olduğu IREPI bir araşdırma mərkəzi kimi Avropa, Amerika, Asiya və Afrika dövlətlərində siyasət, sosiologiya və beynəlxalq iqtisadiyyat sahəsində analitik tədqiqatlar aparır.
"Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun (IREPI) fəaliyyət strategiyası müasir siyasi sistemlərin monitorinqinə, qlobal səviyyədə insan hüquqlarının və insan hüquqlarının inkişafı üçün fikirlərin və konkret təkliflərin hazırlanmasına, habelə beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi kimi ticarətin inkişafı üzrə layihələr və tövsiyələrin təqdim edilməsinə yönəlib. İnstitutun məqsədi müxtəlif siyasi və iqtisadi ssenarilərin tədqiqata cəlb edilməklə daha yaxşı anlaşılmasını təmin etmək, dünyanın bir çox regionları, xüsusilə Aralıq dənizi, Qafqaz, Yaxın Şərq və Arktika arasında dialoq və qarşılıqlı əlaqələrin təşviq edilməsi üçün bir "mədəni və iqtisadi köprü" rolunu oynamaqdır. "Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar İnstitutu (IREPI), mövcud qloballaşmış cəmiyyətin və yeni transmilli fenomenlərin təhlili və innovativ beynəlxalq layihələrin hazırlanması üçün, bir-birindən uzaq, lakin qloballaşma və rəqəmsal cəmiyyət prosesləri ilə birləşən, dünyanın müxtəlif ölkələrindən olan geoanalitiklərin, analitik jurnalistlərin, tədqiqatçıların bir platformada fəaliyyətini təmin edir.