AzTehsil.com


Xəbərlər
19 oktyabr 2017
2 521


Universitetdə Çin lideri ilə bağlı kitab təqdim olundu



Oktyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çində müasir siyasi linqvistikanın əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

 

Açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müasir linqvokonseptologiyanın əsas istiqamətləri və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsinpinin siyasi dilinin tarixi-mədəni xüsusiyyətləribarədə danışıb.

 

R.Abbasov qeyd edib ki, ÇXR sədri Si Tsinpinin çıxışlarını oxuyarkən ilk növbədə diqqəti Çin poeziyasından və qədim dövr mütəfəkkirlərinin əsərlərindən verilən sitatlar, yaddaqalan parlaq məcazlar, atalar sözləri və "çenyuy” idiomatik ifadələri cəlb edir. Bütün bu dil vasitələri ÇXR-in sədrinin nitqlərinə dolğunluq və emosionallıq verməklə, eyni zamanda nəzərdə tutulan siyasi kursunun məna və hədəflərini izah etməklə yanaşı Çin mədəniyyətinin dünyada yayılmasına da xidmət edir.

 

Seminarın işi çərçivəsində ÇXR-in sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət, Azərbaycan dilində (Çin dilindən qeyri-rəsmi tərcümə) materiallar toplusutəqdim edilib. Toplunun tərtibçisi R.Abbasov söyləyib ki, Si Tsinpinin dövlətin idarə olunması haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə ÇXR rəhbərinin siyasi fəlsəfəsini, ÇXR-in daxili və xarici siyasət inkişafının əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də, "Çin arzuları” konsepsiyası və Böyük İpək yolunun bərpasına yönəldilmiş "Bir kəmər - bir yol” layihəsi ilə tanış olmaq imkanı verəcək.

 

R.Abbasov onu da qeyd edib ki, Si Tsinpinin nitqlərinin mətnləri Çin dilinin siyasi leksikasını və frazeologiyasını tədqiq edən tələbələr üçün gözəl tədris materialıdır.


Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva Çin siyasi mətninin leksiki-üslub xüsusiyyətləri, siyasi frazeologiyalarının incəlikləri və siyasi kommunikasiyaları haqqında danışıblar.

 




Загрузка...
Həmçinin oxuyun:
ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Azərbaycanda yeni beyin mərkəzi YARADILDI

Azərbaycanda yeni beyin mərkəzi YARADILDI

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib