Xəbərlər / Ekspert / Müəllim
13 dekabr 2021
717


Bu universitet ölkəmizdə aqrar sektorun inkişafında xüsusi yerə malikdir.


Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində və uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış və yüksək dəyərləndirmişdir. Ümummilli Lider deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.


Aqrar sahənin inkişafı müasir dövrün tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanmasından əhəmiyyətli dərəcədə asılıdır. Ulu Öndərin iqtisadi islahatlara ilk növbədə aqrar bölmədən başlamağın zəruri olduğu, onun hüquqi bazasının yaradılması haqqında verdiyi göstərişlər bu gün onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Neft sektorundan asılılığı aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək kursu kənd təsərrüfatının inkişafı bu sahəyə marağı daha da gücləndirib.


Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov və təhsil eksperti Nadir İsrafilov bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələr üçün yaradılan şəraitlə tanış olub, təəssüratlarını qələmə alıblar. AZƏRTAC həmin yazını təqdim edir.


Ölkədə aqrar mütəxəssislərin hazırlanmasında əsas rolu Azərbaycan Dövlət Aqrar Universiteti oynayır. 2019/2020-ci tədris ilində ADAU-ya ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub. Bu, ADAU tarixində ən yüksək göstəricidir. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər. Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün tədbirlər davam etdirilir. Ali məktəblərə qəbul imtahanlarında 400-dən yuxarı bal toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500-dən çox bal toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. Eyni zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd ödənilir.


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Danılmaz faktdır ki, ali məktəbləri bitirib əmək bazarına qədəm qoyan məzunlar təcrübəsizlikdən iş tapmaqda bir sıra problemlərlə üzləşirlər. Bu problemin həlli istiqamətində ADAU-da hər cür imkan və şərait yaradılıb.


Universitetin tabeliyində təsərrüfat sahəsi yaradılıb. Tədris-təcrübə təsərrüfatı əsaslı şəkildə yenidən qurulub. Ərazisi 73,3 ha, o cümlədən əkin yeri 42,51 ha, meyvə bağı 1,2 ha, örüşlər 15,83 ha, üzümlük 1,52 ha, meşə və meşə zolağı 4,86 ha, ictimai tikililər 3,62, küçə və meydançalar 3,76 ha təşkil edir. Təsərrüfatda üzüm və meyvə bağı salınmış, açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar, kəsim sexi tikilmiş və bütün inventarlarla tam təmin edilmişdir. Eyni zamanda, qoyunçuluq ferması, müasir heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı professor-müəllim heyəti və tələbələrin tam ixtiyarındadır.


ADAU artıq milli ali təhsil brendimiz olan universitetə çevirə bilib. Universitet üçün yeni korpusların tikintisi, tələbə yataqxanalarının istifadəyə verilməsi, universitetin təcrübə-sınaq bazasının yenilənməsi, müasir kitabxana sisteminin formalaşdırılması, laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və özəl sektorun sifarişləri hesabına bu laboratoriyaların əlavə vəsaitlər qazanmaq imkanlarının yaradılması, ikili diplom proqramlarına qoşulması, beynəlxalq elmi mübadilə layihələrində iştirak, universitetdə gənc müəllimlərin işlə təmin olunması ilə kadr bazasının yenilənməsi və prosesin davamlı olması, tələbələrin biliyinin stimullaşdırılması, məzunların elektron məlumat bankının hazırlanması, xüsusilə həm dövlət, həm də qeyri-dövlət qurumları ilə əməkdaşlığın nəticəsi olaraq məzunların işlə təmin olunması istiqamətində görülən işlər bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin ortaya qoyduğu nümunələrdir.


Oxumaq, lazımi bilikləri əldə etmək, oxuya-oxuya təcrübə qazanmaq, Vətənə layiqli vətəndaş kimi yetişmək üçün daha nə lazımdır? Bəli, bu gün artıq ADAU keçmiş ASXI deyil, müasir dünya universitetləri ilə ayaqlaşa biləcək nüfuzlu ali təhsil müəssisəsidir. Bu universitet ölkəmizdə aqrar sektorun inkişafında xüsusi yerə malikdir. Məhz bu amil nəzərə alınaraq, ADAU-da müəllim və tələbə kollektivinin hərtərəfli fəaliyyəti üçün lazımi şərait yaradılıb.   


 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

BŞTİ tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

BŞTİ tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Prezident İnstitutun açılışında

Prezident İnstitutun açılışında

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Müasir və yaradıcı təhsil təşkilatçısı

Müasir və yaradıcı təhsil təşkilatçısı

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

İlham Əliyev Fikrət Qocanı təbrik etdi

İlham Əliyev Fikrət Qocanı təbrik etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”