AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
10 oktyabr 2021
1 370


Uşaq qorxularını necə çözməli?



Uşaq qorxularını necə çözməli?

 

Uşaqlarımızın qorxuları bizi narahat edən problemlərdən biridir.

Çox vaxt biz nə edəcəyimizi bilmirik və bir adət halı olaraq "Qorxma, balam”, "Ağlama, qorxulu heç nə yoxdur” ifadələrini istifadə edirik. Özünüzü uşağınızın yerinə təsəvvür edin. Siz həyəcan və qorxu hisslərini keçirdirsiniz və anlayış əvəzinə sizə hisslərinizi göstərməmək və dəf etmək tövsiyə olunur. Əgər uşaq bunu bacarsa idi, o, sizə müraciət etməzdi. "Qorxma!” sözünü deyərək siz uşağın hisslərinə əhəmiyyət vermirsiz. Qorxular müxtəlif əsaslı ola bilər. Ola bilsin ki, uşaq dənizdə batmaq qorxusu yaşayıb və bundan sonra onda suya girmək qorxusu yaranıb. Bəli, burda biz bu qorxunun səbəbini anlaya bilərik. Elə hallar da olur ki, uşaqların qorxuları əsassız olur və biz bu halda nə edəcəyimizi bilmirik. Bu halda qorxu bir aysberqə bənzəyir . Biz onun su üzərində olan hissəsini görüb, altındakı səbəbyaradan hissə isə gözdən qaçırılır.

Uşaqlarımızın səbəbsiz qorxuları nədən yaranır?

Uşaqlarınıza diqqət verin, qorxuları haqqında onlar nə zaman danışırlar? Adətən, ailədə ikinci uşağın doğulması ilə bağlı birinci uşaqlar çətin günlər keçirir. Ananın diqqətini və sevgisini balaca körpə alır. Uşaqlar diqqət verir ki, körpə həmən ağlayan kimi, ana onun yanına qaçır. Onlar bu adəti ananın diqqətini və sevgisini qaytarmaq üçün istifadə etməyə başlayırlar. Ona görə, əksər hallarda, analar böyük uşaqların özlərini körpə kimi apardığını müşahidə edir. Amma, çox təəssüflər olsun ki, uşaqların bu hərəkətləri anaları oyatmır və uşağın davranışının səbəbləri başa düşülmür.

Hər bir uşaq üçün ana ilə qarşılıqlı münasibət, sevgi, istilik bağları, ülfət çox vacibdir, sanki bir körpü kimidir. Necə ki, hamiləlik zamanı ananı övladı ilə birləşdirən göbək bağı var idisə, doğuşdan sonra onu əvəz edən ana qayğısı olur və əgər uşaq bu ülfəti, yəni qarşılıqlı münasibəti itirirsə, bu o deməkdir ki, o qayğısız qalıb və onun həyatı üçün təhlükə yaranıbdır. Bu ülfətin itirilməsi onlarda qorxu hisslərinin yaranmasına səbəb olur. Çünki bu vaxta qədər, hər şey yaxşı idi, ana uşağa qayğı göstərirdi, uşaq özünü əmin-amanlıqda hiss edirdi. İndi isə ana onu sanki unudub. Sevgi əvəzinə o danlanır, anlayış əvəzinə "qorxma!”, "hər şey yaxşıdı!”, "bəsdir ağladın!”, "özünü uşaq kimi aparma”, "sən artıq böyümüsən” və s. ifadələri eşidilir.

6-7 yaşına kimi uşaqların iradəsi çox zəif olur, eyni zamanda rasional düşüncəyə malik olmayan uşaqlar öz hisslərinin, emosiyalarının təsiri altına çox düşürlər. Təsəvvür edin, siz liftdə tək qalmısız və ya meşədə. İndi isə, təsəvvür edinki, siz tək deyilsiz, yanınızda sizə yaxın, doğma olan kimsə var. Təbii ki, tək qalmaq daha qorxuludur. Ona görə biz axşamlar uşaqları yatızdırmaqda çətinlik çəkirik. Yuxu onlar üçün ayrılıqdır. Biz yuxunu başqa cür görürük. Bizim üçün yuxu çətin gündən sonra bir istirahətdir. Amma uşaqlar bunu elə görmür. Ona görə yuxu zamanı gələn kimi gah su istəyirəm, gah acmışam (baxmayaraq ki, təzəlikcə yemək yemişdilər), gah "mən rəsmimi bitirmədim” kimi bəhanələr gətirilir. Bəli, bu hərəkətlər bizi qıcıqlandırsada, onların əsas səbəbini anlayıb, uşaqlara "indi yatmasan qonşunu çağıracam”, "yatmasan sabah parka aparmayacam” və ya "tez gözlərini yum, yoxsa indi səni döyəcəm” ifadələrinin yerinə, səbr ilə "sən tək yatmaqdan qorxursan?”, "mən sənin yanındayam”, "mən səni çox sevirəm”, "sən mənim üçün çox dəyərlisən” və digər bu cür ifadələrdən istifadə etmək gərəkdir.

Qorxu "aysberqinin” altındakı olan hissəni görməsəzdə, duymağa çalışın. Böyük uşaq, balaca uşaq anlayışı yoxdur. Onlar hamısı uşaqdır. Ülfət yalnız qarşılıqlı olmalıdır. Əgər münasibətlərdə boşlıqlar varsa, orda əminlik itir və həyəcan hissi yaranır. Maraqlısı budur ki, siz unutsaz da, uşaqlar unutmur. Onlar gəlib sizə "Ana, mən səni sevirəm”, "Ana, sən məni sevirsən?” (ülfəti təsdiqləmək üçün), "Ana, sən mənim canımsan” və s. kimi eyni müraciətlər ataya qarşıda ola bilər. Bu uşağa doğma olan inlanların  münasibətlərindən asılıdır.

Xatirimə bir uşaq gəldi, onun atası müvəqqəti olaraq səfərdə idi. Atasına telefon vasitəsi ilə belə bir sevgi məktubu ünvanlamışdı: "Sən mənim canımsan, sən mənim çikolatımsan, sən mənim ürəyimsən….”. Bu uşağın atasına olan bağlılığı göstərir və uşaqlar üçün bu nə qədər əhəmiyyətli olduğunu sübut edir. Bəli, siz uşağa əminli bir şərait yaratsaz, ona həqiqətən "mən sənin valideynin, mən sənə görə məsuliyyət daşıyıram, sən mənə əmanət olaraq verilmisən və sən sevgi və qayğı almağa haqqın var” mesajını gün ərzində öz davranış və xoş rəftarınızla göstərsəz, o sizə öz qəlbini verəcək, böyüyəndən sonra isə qəlbini açıb sizinlə dost olmağa da çalışacaq.

Uşaqların qorxularını və həyacanlarını boş verməyin. Hər bir həyacan və qorxu sizə bir mesajdır. Onlara diqqətlə yanaşın. Uşaqlıqda onlara rəhmli olun ki, böyüyəndə sizə rəhimli olsunlar. Çünki qəlb həssasdır, xoş bir söz onu yumşaldır, kobud bir söz isə onun daşlaşmasına səbəb ola bilir. Yalnız sevən, qəlbi həlim uşağı tərbiyə etmək olar. Qorxuları dəf etmək istəyirsizsə, ilk növbədə münasibətlərinizi düzəldin, uşağa anlayış göstərin, onun əminlik hissini bərpa edin.

Müəllif: Gülarə Rüstəmova



Загрузка...
Həmçinin oxuyun:
Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ

Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ

Uşağınızın  gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz.

Uşağınızın gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz.

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Uşaqlar nə istəyirlər?

Uşaqlar nə istəyirlər?

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? - QIZIL MƏSLƏHƏTLƏR

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? - QIZIL MƏSLƏHƏTLƏR

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşaqlarla necə davranmalı?

Uşaqlarla necə davranmalı?

Uşaqlar nə istəyirlər?

Uşaqlar nə istəyirlər?

Uşaqları qorxutmaq olmaz - Bunları etməyin!

Uşaqları qorxutmaq olmaz - Bunları etməyin!

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Övladlarınızı nə qədər tanıyırsız maraqlı bir test edək

Övladlarınızı nə qədər tanıyırsız maraqlı bir test edək

Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.

Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaq niyə sözə baxmır? Valideynlərin 7 tipik səhvi

Uşaq niyə sözə baxmır? Valideynlərin 7 tipik səhvi

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqları valideynlərə 10 cümləni qadağan edib

Uşaq psixoloqları valideynlərə 10 cümləni qadağan edib