AzTehsil.com


Xəbərlər
20 iyun 2021
1 585


Övladlarınızı nə qədər tanıyırsız maraqlı bir test edək



 

Əziz xanımlar, uşaqlar bizim evdəki aynamızdır. Çox zaman uşaqlar ataya və anaya bənzəmək istəyirlər. Oğlanlar atası ilə fəxr edir, onun etdiklərini təkrarlamağa çalışır. Qızlar da həmçinin. Əgər ailədə mehribançılıq, sülh hökm sürürsə o evdə böyüyən uşaqlar daha sakit və mülayim olur. Ətrafındakılara qarşı mehriban və yardımsevər olurlar.

Uşaqlara tez-tez qadağa qoyulmamalıdır. Tez-tez qadağa qoyulan uşaqda zaman-zaman eqoistlik yaranır və valideynin dediklərinin tam əksini həyata keçirməyə başlayır. Xüsusilə, evdə birdən artıq uşaq varsa onların arasında qəti fərq qoymayın. Çünki, az qayğı görən uşaq özünə qapanır və valideynlərinin onu sevmədiyini düşünür. Uşaqlarınıza qarşı mülayim olmağa çalışın. Onların fikirləri və hərəkətləri sizin fikir və düşüncələrinizə tərs olsa da onları tənqid etməyin. Əvvəlcə onların da bir şəxsiyyət olduğunu hiss elətdirin və səhvlər etmələrinə imkan yaradın. Onlar öz səhvləri üzərində düşünməli və öz hərəkətlərini tənzimləməyə başlayacaqlar.

Ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində böyük çatışmamazlıqlara gətirib çıxarır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə uşağın hər hansı hərəkətlərinə, davranışlarına dözməyib onu təhqir edərək döyür, bu da nəticədə uşağın aqressiv böyüməsinə və psixiki xəstəliklərin yaranmasına gətirib çıxarır. Psixoloqların sözlərinə görə, valideynlər tərəfindən tez-tez döyülən uşaq natamam olur. Bu cür uşaqlar cəmiyyətdə, ailədə, məktəbdə özlərini ifadə edə bilmirlər.Mülayim və daha sakit formada uşaqla ünsiyyət qurmaq daha məqsədə uyğundur. Lakin bu o demək deyil ki, uşağın hər istədiyini də həyata keçirmək lazımdır. Uşaq "yox”, "olmaz” sözlərini dərk eləməlidir. Uşaqların heç nəyi anlamadığını düşünməyin. Onlar hər şeyi duyur, anlayır və unutmurlar. Uşaqlara hər şeyi sadə dillə izah etmək daha yaxşı olar. Onları dostlarının yanında alçatmayın, cəzalandırmayın. Hər hansı səhvi olmuş olsa belə evinizdə onun səhvinin nə olduğunu izah etməyə çalışın. İnan ki, o sizi çox gözəl anlayacaq.Gəlin özümüzü sınayaq.

 Bu suallara cavab verək
 
1. Övladınızla gün ərzində nə qədər vaxt keçirirsiniz?

2. Onun hansı oyunları sevdiyini bilirsinizmi?

3. Onun adının mənasını ona başa salmısınızmı?

4. Yatmazdan qabaq ona hansı kitabları və ya nağılları oxuyursunuz?

5. Onun dostlarını tanıyır və nə üçün məhs onunla dostluq etdiyini ondan soruşmusunuzmu?

6. Sizə verdiyi hər suala necə cavab verirsiniz?

7. Uşağınıza tətbiq etdiyiniz cəza növü hansıdır?

8. Onun sevdiyi rəng hansıdır?

9. Övladınızın sevdiyi fəsil hansıdır?

10. Uşağınızın sevdiyi cizgi filmi hansıdır?

Əgər bu suallara asanlıqla cavab versəniz, deməli övladınızı yetərincə tanıyırsınız
 azadqadin.az 
       



Загрузка...