AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
15 mart 2021
4 467


Uşaqlarda aqressiv davranışların qarşısını almağın 10 yolu



 

  Bir uşağın öz davranışlarını idarə etməsi zəif olduğuna görə qəzəbini sakit ifadə edə bilmir, buna görə də qışqırmaq, yüksək səslə ağlamaq, dişləmək və ya vurmaq kimi hallar ortaya çıxır.

Uşağınızın aqressiv davranışların qarşısını almaq üçün bir neçə üsuldan istifadə edə bilərsiniz:

Evdə qayda-qanun. Uşaqlara evdəki qayda-qanun öyrədilməyənə qədər, onlar bu haqda məlumatsız olurlar. Qaydaları uşaqlara öyrətmək sizin valideynlik vəzifələrinizdən biridir. Körpələr üçün toxunmaq və kəşf etmək maraqlıdır, buna görə də ətrafda uşaqların toxunmasını istəmədiyiniz dəyərli əşyalar varsa, götürün və ya gizlədin. Evin bir hissəsini uşaqların oynaması və kitab oxuya bilməsi üçün ayırmağı nəzərə alın. Uşaqlar hər hansı bir mühüm qaydanı pozduqda, dərhal ona nəyi səhv etdiyini başa salın.​

 Uşağı təhdid etməyin. Uşağa "etmə, yoxsa…” demək əvəzinə, müsbət davranışları gücləndirmək və alternativ davranış qaydaları öyrətmək daha səmərəli bir üsuldur. Məsələn, başa salın ki, gələn dəfə qəzəblənəndə, hisslərini sözlərlə ifadə etsin.

Uşağın diqqətini yayındırın. Uşağınıza onu qəzəbləndirən hadisələrə sağlam reaksiya verməyin yollarını öyrədərkən, bəzən onun diqqətini yayındırmaqda pis heçnə yoxdur. Uşağın diqqətini onun sevdiyi şirniyyat və ya oyuncaqla deyil başqa bir mövzuya keçid edərək yayındıra bilərsiniz.

"Özünü idarə et." Axı onlar hələ bunu bacarmırlar. Unutmayın ki, uşaqlarda özünü idarəetmə bacarığı azdır. Onlara qəzəbləndikdə təpik atmamağı, vurmamağı və dişləməməyi öyrətmək əvəzinə, duyğularını sözlərlə ifadə etməyi öyrətməyiniz lazımdır.

"Bir-birimizi incitmirik." Oyun yoldaşları ilə mübahisəyə etməyə başlayarsa, uşağınıza diqqətlə nəzarət edin. Kiçik bir fikir ayrılığı yaranıbsa, siz qarışmayın ki, uşaqlar özləri bunu həll etsinlər. Ancaq uşaqlar bir-birinə fiziki xəsarət yetirirsə və siz onlara "dayan” dedikdə buna məhəl qoymurlarsa, müdaxilə edin. Uşaqları kənara çəkin və sakitləşənə qədər ayrı saxlayın. Mübahisə son dərəcə şiddətli olarsa, oyun seansını bitirməli ola bilərsiniz. Onlara aydın şəkildə izah edin ki, "mübahisəni kimin başlaması" önəmli deyil, heç bir mübahisə bir-birilərini incitmək üçün bəhanə ola bilməz.

Dalaşmaq əvəzinə uşağınıza qəti tonda "yox" deyib üzünü çevirməyi, güzəştə getməyi öyrədin. Məsələn, siz uşağınıza fiziki zorakılıqdan daha təsirli və daha mədəni sözlərlə fikir ayrılıqlarını həll etməyi öyrədirsiniz.

 "Əla". Uşağınızın müsbət davranışlarını görəndə, tərifləyin. Vurmaq, təpikləmək və ya dişləmək əvəzinə bu taktikalardan istifadə etməsinin necə xoşagələn olduğunu deyin. Onun mehriban və qayğıkeş davranışlarını həmişə tərifləyərək gücləndirin.

Uşağı küncdə saxlamaq. Uşağınızın xoşagəlməz davranışına görə yüngül cəzalandırmaqda pis heçnə yoxdur. Məsələn, onu bir neçə dəqiqəlik küncdə saxlaya bilərsiniz. 

Öz davranışınıza nəzarət edin. Həmişə uşağınızın ətrafında diqqətli olun. Uşağa müsbət davranış öyrətməyin ən yaxşı yollarından biri də öz davranışlarınıza nəzarət etməkdir. Qəzəbinizi sakit, dinc yollarla ifadə etsəniz, ehtimal ki, uşağınız da sizdən nümunə götürəcək.

Güclü olun. Uşağınızın nizam intizamı ilə məşğul olarkən, özünüzü günahkar hiss etməyin və əlbəttə ki, üzr istəməyin. Uşağınız sizin qarışıq hisslər içində olduğunuzu hiss edərsə, özünün haqlı və sizin isə "pis" olduğunuza inanacaq. Uşağınızın təlim-tərbiyəsi ilə məşğul olmaq ən zəruri valideynlik vəzifəsidir və bununla əlaqədar  özünüzü günahkar hiss etmək üçün heç bir səbəb yoxdur. Uşağınız səhv olduqda bunu başa düşməlidir, hərəkətləri üçün məsuliyyət daşımağa  hazır olmalı və nəticələrini qəbul etməyi öyrənməlidir. 
Uşaq həkiminə nə zaman müraciət etmək lazımdır?

Əgər uşağınız bir neçə həftədən çox hədisz dərəcədə aqressiv görünürsə və bu davranışların öhdəsindən tək başına gələ bilmirsinizsə, pediatrınızla məsləhətləşin. Digər xəbərdarlıq əlamətlərinə aşağıdakılar daxildir:

Özünə və ya başqalarına fiziki zədə verirsə
Sizə və ya digər yetkinlərlə qarşı sərt davranırsa
Məktəbdən, qonşulardan çox saylı şikayətlər gəlirsə
Ətrafındakıların təhlükəsizliyi üçün öz qorxunuzsa. ilk5il.az 



Загрузка...