AzTehsil.com


Xəbərlər / Müəllim
02 sentyabr 2021
1 016


Məktəblilərin koronavirusa yoluxmasının yoxlanılması üçün sorma testlər hazırlanıb



Məktəblilərin koronavirusa yoluxmasının yoxlanılması üçün sorma testlər hazırlanıb

 

Hələ pandemiyanın dünyada başladığı ilk aylardan bəlli idi ki, uşaqlar SARS-CoV-2 virusunun yayılmasında çox böyük rol oynayırlar.

Belə ki, onların əksəriyyəti xəstəliyi yüngül və ya bəzən simptomsuz formada keçirsələr də virusu böyüklər qədər yaya bilirlər, bu da öz növbəsində viruslu uşağın xəstəliyə yoluxduğunu bilmədən normal gündəlik həyatına davam etməsi halında çoxlu sayda insanın yoluxması deməkdir. Məhz bu səbəbdən də bütün dünyada məktəblərdə tədris sisteminin müvəqqəti və ya illik olaraq distant təhsilə keçməsi vacib idi. Hətta son elmi tədqiqatlar distant təhsilin virusun sürətli yayılmasının 30-50 faizə qədər yayılmasının qarşısını aldığını söyləyir.

Bunu AZƏRTAC-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Alim bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir. Belə ki, məktəblilərin böyük qisminin hələ peyvənd olunmaması və bu günlərdə yüksək yoluxma əmsalı göstərən koronavirusun "delta” variantının sürətlə yayılması uşaqların virusa yoluxabilmə ehtimalını dəfələrlə çoxaldır ki, bu da bütün ölkələrdə ümumi vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirir. Uşaqlarda Long-COVID təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda, ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.

Son günlər xüsusilə Almaniyadan olan elmi tədqiqatlar məktəblilər arasında virusa yoluxmanın zamanında aşkarlanmasının mümkünlüyünü sübut edib. Bu üsulla isə həm tədrisin məktəblərdə davamlı keçirilməsinin elmi əsaslarla mümkünlüyü praktiki olaraq göstərilir, həm də virusun yayılmasının qarşısı alınır. Bu elmi tədqiqatlarda strategiyanın əsasında uşaqlar üçün istifadəsi çox rahat olan sorma testlər durur. Belə ki, bu testlərin sensitivliyinin bizim bildiyimiz qısa müddətdə cavabı hazır olan sürətli antigen testlərdən də yüksək olması elmi tədqiqatlarla sübut edilir. Bu da bir daha məktəblilərin yeni sorma testlərlə SARS-CoV-2 virusuna yoluxmalarının yoxlanılmasının vacibliyini göstərir.

Bundan əlavə, bu testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, "delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə tədrisin təşkilində ciddi problemlər yarada bilər.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda məktəblilərin yeni üsulla COVID-19 testi verməsi təklif olunur

Azərbaycanda məktəblilərin yeni üsulla COVID-19 testi verməsi təklif olunur

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Virusa yoluxan uşaqlarda yeni əlamətlər TAPILDI - VİDEO

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Virusa yoluxan uşaqlarda yeni əlamətlər TAPILDI - VİDEO

Azərbaycanlı alim: Koronavirusun Delta variantı deyildiyi qədər ölümcül deyil

Azərbaycanlı alim: Koronavirusun Delta variantı deyildiyi qədər ölümcül deyil

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Alimdən Koronavirsla bağlı XƏBƏRDARLIQ

Alimdən Koronavirsla bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ: “Vaxt itirməyin”

Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ: “Vaxt itirməyin”

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Dünyanı qorxuya salan Britaniya ştammı nədir və əlamətləri hansıdır?

Dünyanı qorxuya salan Britaniya ştammı nədir və əlamətləri hansıdır?

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Həkim: “Qısa zamanda kollektiv immunitet yaranmasa, əhali yenidən peyvəndlənəcək” - VİDEO

Həkim: “Qısa zamanda kollektiv immunitet yaranmasa, əhali yenidən peyvəndlənəcək” - VİDEO

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı

Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Tanınmış həkim: Yoluxma sayının qalxması təhlükəli deyil

Tanınmış həkim: Yoluxma sayının qalxması təhlükəli deyil

Koronavirusun DELTA ştammı sürətlə yayılır - ÜST-dən xəbərdarlıq

Koronavirusun DELTA ştammı sürətlə yayılır - ÜST-dən xəbərdarlıq

Karantin yenə sərtləşdirilə bilər? - AÇIQLAMA

Karantin yenə sərtləşdirilə bilər? - AÇIQLAMA

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO