AzTehsil.com


Xəbərlər / Səhiyyə
05 iyul 2021
953


Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı



 

Türkiyədə yaşayan Azərbaycanlı COVID-19 ilə mübarizə üçün peyvənd hazırlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı AMEA-dan təsdiq ediblər. 

Belə ki, Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd hazırlanıb. 

Daha maraqlı məqam isə hazırlanan peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsindəki namizədlər siyahısına salınıb. 

T.Məmmədov müsahibələrindən birində təxminən 1 il 3 ay öncə Akdeniz Universitetində bu istiqamətdə işlərə başladıqlarını və COVID-19-a qarşı həm peyvəndlər, həm dərman, həm də COVID-19 xəstələrində antikor səviyyəsinin təyin edilməsi üçün kitlər hazırladıqlarını qeyd edib:

"İndiyə kimi laboratoriyada görülməsi olan bütün işlər uğurla tamamlandı. Mühüm testlər artıq başa çatmışdır. Bəhs etdiyimiz peyvəndlərin heyvanlar üzərində testləri göstərdi ki, bu peyvəndlərin heyvanlara vurulması ilə onların qanında yüksək funksional antikorlar sintez edilir. Ən mühüm test olan virusu neytrallaşdırma testlərini Türkiyənin digər universitetləri ilə birgə tədqiqatlarla başa çatdırdıq. İşlərin davamını xüsusi laboratoriyalarda görmək tələb olunduğundan SARS-CoV-2 virusu neytrallaşdırma testləri türkiyəli professor Aykut Özdarendelinin laboratoriyasında aparıldı və bizim bu yöndə birgə işlərimiz var. Bir neçə ay öncə professor virusu neytrallaşdırma testləri həyata keçirdi və mənə zəng edərək virusu neytrallaşdırma fəallığı yüksək olan peyvəndin əldə olunduğunu bildirdi. Qeyd etmək istəyirəm ki, professor Aykut Özdarendeli Türkiyədə inaktiv vaksini hazırlayan elm adamıdır. İnaktiv vaksin Türkiyədə yeganə vaksindir ki, müəyyən sınaqlardan keçib ve 3-cü klinik sınaq mərhələsindədir. Professor Aykut Özdarendeli mənə zəng etdi, sevinclə bildirdi ki, bu peyvəndlər çox gözəl peyvəndlərdir və SARS-CoV-19 virusunu çox güclü bir şəkildə blok edə bilir. Bu, o deməkdir ki, bizim 1 il magistr və aspirantlardan ibarət komandamla çox gərgin işlərimiz hədər getmədi və nəticədə çox güvənilir və təsirli peyvənd hazırlamağa nail olduq. Yəni bu peyvəndlər insanlar üzərində testləri tamamladıqdan sonra bir güvənilir protein təməlli peyvənd kimi insanlara vurula bilər”.

Qeyd edək ki, bu peyvəndlə əlaqəli elmi nəticələr nüfuzlu elmi jurnala göndərilib və "BioRxiv”də çap edilib. Aztibb.az-ın məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən "Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub. Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Virusun mutasiyaya uğramasını nəzərə aldığını deyən professor bildirib ki, yeni texnologiya əsasında protein əsaslı peyvəndlər sintez edirlər:

"Mutasiyaları nəzərə alaraq, yeni sekvenslər yaradırıq. Yeni peyvəndimizin üstünlüyü də ondadır ki, mutasiyalara qarşı daha effektivdir. Qeyd edim ki, hazırda tanınan peyvəndlərin bir qismi üçüncü nəsil texnologiyaların iştirakı ilə hazırlanır”.
 

 





Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı

Azərbaycanlı alim koronavirusun dərmanını tapdı

Allergiyası olanlara peyvənd vurula bilər? - AÇIQLAMA

Allergiyası olanlara peyvənd vurula bilər? - AÇIQLAMA

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

ÜST uşaqların da peyvənd edilməsinə icazə verdi

ÜST uşaqların da peyvənd edilməsinə icazə verdi

Peyvəndləmə ilə bağlı ən yayılmış suallara ƏTRAFLI CAVABLAR

Peyvəndləmə ilə bağlı ən yayılmış suallara ƏTRAFLI CAVABLAR

Azərbaycanda 101 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu - VİDEO

Azərbaycanda 101 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu - VİDEO

İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

İmmunitet iki yolla yarana bilər - Həkim-infeksionist AÇIQLADI

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Məktəblərdə əyani tədris bərpa edilir: Şagirdlər də peyvənd olunacaq? - VİDEO

Məktəblərdə əyani tədris bərpa edilir: Şagirdlər də peyvənd olunacaq? - VİDEO

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

İmmunitetin müddətin  bir ildən artıq uzatmağın çarəsi   tapıldı.

İmmunitetin müddətin bir ildən artıq uzatmağın çarəsi tapıldı.

Koronavirusa qarşı peyvənd olunacaq insanlara çip qoyulacaq? - VİDEO

Koronavirusa qarşı peyvənd olunacaq insanlara çip qoyulacaq? - VİDEO

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Koronavirusa yoluxan xəstələrlə bağlı yeni DETALLAR

Koronavirusa yoluxan xəstələrlə bağlı yeni DETALLAR

Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?

Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA

#TəhsilÜçünVaksinasiya

#TəhsilÜçünVaksinasiya

Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü

Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Qısa zamanda peyvəndin Azərbaycana gətirilməsinə başlanacaq - ÜST

Qısa zamanda peyvəndin Azərbaycana gətirilməsinə başlanacaq - ÜST

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?