AzTehsil.com


Xəbərlər / Video / Şagird
02 avqust 2021
1 188


Xaricdə təhsil almış bir qrup məzun Ağdama yollanıb



 

İyulun 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub. 

Səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edib. Sözügedən məzunlar dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas və təhsil səviyyələri üzrə təhsil alıb. Onlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar. 

Səfər çərçivəsində Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət təşkil edilib. Məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrı qarşısında milli folklor nümunələrindən "Sarı gəlin”, "Heyratı Azərbaycan” eyni zamanda "Rast fraqmenti Niyazi”, "Vivaldi-summer” ifa olunub. Bununla yanaşı, səfər zamanı Ağdamın Baş Planı ilə tanışlıq olub.  

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş "Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı məzunlara təqdim edilib.

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbəsi Gülşən Baxşəliyeva tərəfindən çəkilmiş və 44 günlük müharibənin xüsusi elementlərini özündə ehtiva edən incəsənət əsəri yerli və əcnəbi vətəndaşların baxışı üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim olunub.

Məzunların işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri, 44 günlük Vətən müharibəsindəki zəfərlə bağlı təəssüratları dinlənilib. 

Sonda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı dövlət hesabına xaricdə təhsil almış gənclər tibb sahəsində müharibədən zərər çəkmiş hərbiçilərimizə səhiyyə xidmətinin göstərilməsində, həmçinin sosial media hesablarında, ictimai və diplomatik platformalarda ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələrini veriblər. 
 



Загрузка...
Həmçinin oxuyun:
Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb

Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb

Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüşüb - FOTO

Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüşüb - FOTO

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb

Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Xaricdə təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının təsis konfransı keçirildi

Xaricdə təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının təsis konfransı keçirildi

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Tələbələr üçün şad xəbər- 30 tələbə...

Tələbələr üçün şad xəbər- 30 tələbə...

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Dövlət Proqramı məzunu nüfuzlu Nobel görüşünə dəvət olunub

Dövlət Proqramı məzunu nüfuzlu Nobel görüşünə dəvət olunub

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib

Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib