AzTehsil.com


Xəbərlər / Şagird
23 iyun 2021
1 577


Uşaq folkloru - Uşaq oyunları



 

Hər bir xalqın maddi və mənəvi birliyini yaradan, düşüncəsini və həyat tərzini müəyyənləşdirən onun milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlər xalqın mədəniyyətini, incəsənətini, tarixini, etnoqrafiyasını, kulinariyasını, davranış qaydalarını, məişətini və ümumilikdə həyatın bütün sahələrini əhatə edir. Milli-mənəvi dəyərlər həmçinin xalqın milli mənsubiyyəti, milli kimliyidir. Bu dəyərlər xalqın yaratdığı, yaşatdığı, əsrlərlə qoruyub saxladığı və məqsədəuyğun şəkildə inkişaf etdirdiyi dəyərlərdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".

Xalqımızın incisi olan milli-mənəvi dəyərlər sisteminin ən geniş və ən zəngin sahələrindən biri xalq yaradıcılığıdır. Xalq yaradıcılığı öz növbəsində çox geniş, zəngin, maraqlı, məntiqli, xalqın mentalitetini müəyyənləşdirən düşüncə tərzidir. Xalq yaradıcılığının bir qolunu da uşaq folkloru, uşaq oyunları təşkil edir. Xalq yaradıcılığının bu qolu uşaqların həm hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərir, həm də  cəmiyyət üçün təmiz vicdanlı, güclü mənəviyyata malik, zamanın yükünü öz üzərinə götürə bilən insanlar tərbiyə edir. Uşaq oyunları uşaqlara səmimiliyi, mehribanlığı, birliyi, təəssübkeşliyi, mətinliyi aşılayır. Həmçinin bu oyunlar sayəsində uşaqlar cəldliyi, çevikliyi, uzaqgörənliyi, qarşısına məqsəd qoymağı və bunun üçün mübarizə aparmağı bacarmaq qabiliyyətini qazanırlar. 

Təəssüflə qeyd etmək lazımdır ki, müasir dövrdə uşaqlarımız demək olar ki, bu oyunları oynamırlar. Bu oyunların yerini ya televiziya, ya da kompüter oyunları alıb. Bunun isə  uşaqların zehni və fiziki inkişafına mənfi təsirləri olduqca çoxdur. Dünyanın ən inkişaf etmiş ölkələrində belə bu məsələ diqqətdə saxlanılır, uşaqların zərərli təsirlərdən qorunması üçün müxtəlif proqramlar hazırlanır və  həyata keçirilir. 

Bəzən valideynlər uşaqları oyun zallarından uzaq tutmaqla, televizoru müəyyən müddətə qadağan etməklə zərərli vərdişlərdən qorumağa çalışırlar. Xüsusən də yaşından, dünyagörüşündən və marağından asılı olmayaraq özləri seçdikləri kitabları mütaliə etməyə məcbur edirlər. Bu kimi tədbirlər isə uşaqların normal bir fərd kimi böyüməsinə mənfi təsir göstərir, içinəqapanıqlı, dar dünyagörüşlü və hədəfsiz uşaqlar böyüyür. 

Belə bir söz var ki, dəcəl uşağın gələcəyi parlaq olar. Əsrlərin sınağından keçib, özünü sübuta yetirən bu söz əslində yuxarıda sadaladığımız problemlərin həllinə böyük köməklik göstərə bilər. Dəcəllik deyəndə qırmağı, dağıtmağı nəzərdə tutmuruq. Bizim toxunmaq istədiyimiz məsələ bu xüsusiyyətin uşaqların xeyrinə necə istifadə eləməyi bilməyimizdir. Və bu məqamda əsas köməyimiz uşaq oyunları olur.

Xalqımızın özünəməxsus mədəniyyəti, milli dəyərləri, milli düşüncəsi, əsrlərin sınağından çıxaraq formalaşmış mentalitetimiz uşaq oyunlarının çoxşaxəli inkişafına zəmin yaradıb. Araşdırma apardıqda aydın olur ki, uşaq oyunlarından gücə dayanan, ağılla qazanılan, cəldlik, çeviklik tələb olunan, yaddaşın, iradənin, hissin, duyğuların möhkəmliyinə, təsəvvüretmə qabiliyyətlərinə, birliyə, mehribanlığa ehtiva edən oyunlarımız vardır. Diqqət edildikdə aydın olur ki, bu oyunların hamısı yarış xarakteri daşımır. Həmin oyunlar daha çox uşaqların birlikdə vaxt keçirməsi, dünyagörüşünün və təsəvvüretmə qabiliyyətlərinin artırılmasına yönəlir. Misal olaraq "Artırma", "Gəlin-bacı", "Qazlar, ördəklər", "Dəsmalaldı, qaç", "Barmaq" və başqa oyunları göstərmək olar. Bu oyunlarda qalib olmur, oyun başladığı minvalla davam edir.

Digər oyunlar isə yarış xarakteri daşıyır. Bu oyunlar uşaqların həm fiziki, həm də zehni inkişafına güclü təsir göstərir. "Gözbağlıca", "Bənövşə", "Siçan-pişik", "Yoldaş, səni kim apardı?", "Usta-şagird", "Aşıq oyunu" və s. Bu oyunlarda mübarizə, qalib gəlmək hissiyyatı daha çox olur. 

Uşaq oyunları, onların xüsusiyyətləri, mahiyyətləri, uşaqların inkişafındakı təsirləri barədə çox geniş danışmaq olar. Amma əsas məsələ bizim, dövlətimizin, millətimizin gələcəyi olan uşaqları düzgün böyütməkdir. Uşaqları oyunlara cəlb etmək onların gələcəyi üçün atdığınız ən mühüm addımlardan biri olacaqdır.
Pərvin  Həsənov



Загрузка...
Həmçinin oxuyun:
KOMPÜTER OYUNLARI VƏ UŞAQLAR

KOMPÜTER OYUNLARI VƏ UŞAQLAR

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Uşaq psixologiyası nədir?

Uşaq psixologiyası nədir?

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

"Məqsədimiz uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır" - Nazir müavini

"Məqsədimiz uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır" - Nazir müavini

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

“Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir” - Əhliman Əmiraslanov

“Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir” - Əhliman Əmiraslanov

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

“İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin  dərk etməyəcəyi ifadələr yer alır” – “Sos” siqnalı

“İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin dərk etməyəcəyi ifadələr yer alır” – “Sos” siqnalı

" Milli həyatın kamilliyi" layihəsi fərdi kateqoriya üzrə qalib olmuşdur.

" Milli həyatın kamilliyi" layihəsi fərdi kateqoriya üzrə qalib olmuşdur.

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Yapon uşaqları niyə dahi olur?

Yapon uşaqları niyə dahi olur?