AzTehsil.com


Xəbərlər / Şagird
27 aprel 2021
1 131


ADPU tələbələrindən “Şagirdə Tələbə Dəstəyi”



 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) son bir ildə dünyanı cənginə almış "COVİD-19” pandemiyası səbəbindən onlayn dərslərdə nisbətən çətinlik çəkən, əsasən, şəhid, qazi ailələri və aztəminatlı ailələrin övladları olan şagird və abituriyentlərimizə dərslərində əlavə könüllü dəstək olmaq, fədakar Azərbaycan müəlliminə tələbə dəstəyi vermək imkanı yaratmışdır.

Universitetdən  bildirilib ki, təşkilatın könüllüləri, tələbələr Aslan Heybətov və Bəylər Əliyevin təşəbbüsü, təşkilatın idarə heyətinin üzvləri İsmayıl Məmmədov və Jalə Əliyevanın koordinatorluğu ilə həyata keçirilən layihə çərçivəsində 2021-ci ilin fevral-mart ayları ərzində könüllü tələbələr içərisindən elektron müraciət və videomüsahibə vasitəsi ilə seçimlər aparılmış, layihəyə 32 tələbə könüllü müəllimlər kimi cəlb edilmişdir. İkinci mərhələdə bütün ölkə üzrə elektron müraciət qaydasında aprel ayının birinci yarısında şagird qəbulu aparılmışdır. Olduqca böyük maraq cəlb edən layihəyə 200-dək müraciət daxil olmuşdur ki, onlar içərisindən dəstəyə ehtiyacı olan 120 nəfərədək şagird layihəyə qəbul edilmişdir.

Aprelin 21-dən etibarən "Microsoft Teams” platformasında praktik olaraq start götürən dərslər tədris ilinin sonunadək iki ay ərzində xüsusi cədvəl əsasında II-IX siniflər üzrə ümumiləşdirmə, izah və mənimsətmə xarakteri daşıyaraq siniflər üzrə il ərzində keçirilən bütün məzmunu əhatə edir.

Layihənin maraqlı detalları və bəzi statistik göstəricilərini təqdim edirik.

Belə ki, çoxsaylı müraciətlər içərisindən ciddi videomüsahibə əsasında müvafiq kompetensiyaları qiymətləndirilərək layihədə dərs demək hüququ qazan 32 tələbə-müəllim hazırda onlayn dərsləri 17 fərqli rayon və şəhərdən qoşulmaqla tədris edirlər (Bakı, Sumqayıt, Abşeron, Bərdə, Şəmkir, Şirvan, Biləsuvar, Qobustan, Salyan, Quba, Ordubad, Beyləqan, Naftalan, Ağstafa, Füzuli, Şamaxı, Tovuz).

Dərslərdən yararlanan 120-dək şagird 23 fərqli rayon və şəhərdən dərslərə qatılır (Bakı, Sumqayıt, Ağdam, Qəbələ, Xaçmaz, Tərtər, Quba, Oğuz, Xızı, Sabirabad, Şamaxı, Gəncə, Ağsu, Naftalan, Cəlilabad, Bərdə, Masallı, Qubadlı, Abşeron, Qobustan, Samux, Beylaqan, Yardımlı).

Layihə çərçivəsində II, III və IV siniflərin hər birində 6, V sinifdə 8, VI sinifdə 9, VII sinifdə 11, VIII və IX siniflərin hər birində isə 10 fənn olmaqla ümumilikdə 8 sinif üzrə 66 fəndən şagirdlərin hazırlıq səviyyəsinin artırılmasına dəstək verilir.

İlk həftənin nəticələrinin təhlili layihənin uğurlu başlanğıcı haqqında fikir deməyə əsas verir. Bununla belə, universitetin və ADPU TKİB-in nümayəndələrindən ibarət təşkilat komitəsi mütəmadi olaraq prosesə nəzarət edir, müəllimlərlə müntəzəm onlayn görüşlər keçirilir.



Загрузка...
Həmçinin oxuyun:
İmtahanların siyahısı

İmtahanların siyahısı

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

ADPU-nun TGT-si “Oxusunlar ki, gələcəyimiz olsunlar!” adlı layihəni icra etməyə başlayıb

ADPU-nun TGT-si “Oxusunlar ki, gələcəyimiz olsunlar!” adlı layihəni icra etməyə başlayıb

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanında 788 şagird iştirak etməyib

Buraxılış imtahanında 788 şagird iştirak etməyib

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

70 min şagird buraxılış imtahanı verəcək

70 min şagird buraxılış imtahanı verəcək

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

“Virtual BİR mən” layihəsi üzrə ilk vebinar

“Virtual BİR mən” layihəsi üzrə ilk vebinar

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...