AzTehsil.com


Xəbərlər
01 yanvar 2021
7 656


Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ



 

Bu aydan etibarən işçilərin əməkhaqlarından tutulmağa başlanılacaq.

 "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

"Tibbi sığorta haqqında” Qanunun 16-4.4-cü maddəsinə əsasən, 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi həcmində, 8 000 manatdan yuxarı əməkhaqlarından 0,5 faiz həcmində icbari sığorta haqqı tutulacaq.

Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat məbləğdə vəsait nəzərdə tutulub. Bu məbləğ Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla əsas götürülüb.

2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1 milyard 44,7 milyon manat vəsait proqnozlaşdırılır.

Qeyd edilib ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda – Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan yeddi şəhər və rayonunda – Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları, yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.



Загрузка...
Həmçinin oxuyun:
Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

DİQQƏT! - Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

DİQQƏT! - Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Elm və təhsil xərcləri azaldılır

Elm və təhsil xərcləri azaldılır

İmtahanların siyahısı

İmtahanların siyahısı

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Gələn il üçün təhsilə 3 197,0 milyon manat maliyyə vəsaitinin ayrılacağı nəzərdə tutulur

Gələn il üçün təhsilə 3 197,0 milyon manat maliyyə vəsaitinin ayrılacağı nəzərdə tutulur

MDU-da sığorta mövzusunda təlim

MDU-da sığorta mövzusunda təlim

Gələn ilin büdcəsində tələbə təqüdləri üçün vəsait azaldılıb

Gələn ilin büdcəsində tələbə təqüdləri üçün vəsait azaldılıb

130 məktəbdə təmir işləri aparılmalıdır

130 məktəbdə təmir işləri aparılmalıdır