AzTehsil.com


Xəbərlər / Müəllim
26 aprel 2021
4 373


Tərs sinif və ya tərs təlim nədir?



Tərs sinif və ya tərs təlim nədir?

 

Bildiyiniz kimi fəal dərsin sonuncu mərhələsi ev tapşırığının verilməsi mərhələsidir ki,bu mərhələnin məqsədi dərsdə əldə edilmiş bilik,bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədinə xidmət edən tədqiqat və yaradıcılıq xarakterli  sərbəst iş formasıdır...

Ev tapşırığını yerinə yetirməyin təlimin məqsədinə çatmaqda böyük rolu olduğu üçün bu mərhələ müəllim tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır.
Lakin, çox zaman şagird ev tapşırığını yerinə yetirmir,səbəb kimi də ev tapşırığını başa düşmədiyini və evdə ona kömək edə biləcək birinin olmadığını göstərir.

Məhz, bu qeyd etdiyim problem tərs sinif və ya tərs təlim adlanan təlim metodunun yaranmasına gətirib çıxardıb.
Adından da göründüyü kimi bu təlim formasında sinifdə görüləcək işlə evdə yerinə yetiriləcək iş yerini dəyişir,bir sözlə təlim tərsinə çevrilir.
Yəni öyrəniləcək təlim materialı evə verilir. internet resursları hesabına müəllim təlimi evdə təşkil edir, ev tapşırığı isə müəllimin rəhbərliyi və dəstəyi ilə sinifdə həyata keçirilir.

Təhsil üzrə mütəxəssis Elşən Şükür Şəmmədli



Загрузка...