AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
14 dekabr 2017
7 047


Ev tapşırıqları nəyə xidmət edir?



Dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Dünya ölkələrinin bəzilərində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs yükünün və stresin səviyyəsinin azaldılması məqsədi ilə məktəbdə ev tapşırıqlarının tamamilə ləğv olunması xəbəri bu məsəni ölkəmizdə də yenidən gündəmə gətirib.

 

Gündəmə gətirilən məsələ heç də yeni məsələ deyil. Bildiyimiz qədər belə və buna bənzər təcrübələrdən illərdən bəridir ki, İngiltərənin başqa məktəblərində, həmçinin Almaniya və bir sıra digər ölkələrdə də yararlanırlar.

 

"Ev tapşırığı” deyəndə bu, bizdə əsasən müəllim tərəfindən şagirdə dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq kimi nəzərdə tutulur. Bu mənada ev tapşırığının verilməsində məqsəd belə hesab olunur ki, yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. Şagirdlərə ev tapşırıqlarının verilib-verilməsi ilə bağlı yayılan fikirlərə Təhsil Nazirliyi hələ ki, ibtidai sinif müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə etmək və məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağını bəyan etməklə kifayətlənib.

 

Nazirliyin mövqeyinə görə, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idrakı inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir. O ki, qaldı mənim subyektiv mövqeyimə hesab edirəm ki, ev tapşırığı hansısa şagird üçün nə qədər üzücü, hansısa valideyn üçün nə qədər zəhlətökən olsa da, eyni zamanda şagirdləri öz asudə vaxtlarını daha sərbəst və mənalı keçirməsində, valideynlərə məişət və digər sosial qayğıları ilə məşğul olmalarında maneə yaratsa belə biz hələ ki, bu tapşırıqdan imtina etməyə bir növ tam hazır deyilik. Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə öyrədib, mənimsətməyi öyrətməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik. Bu halda, necə deyərlər həm Əli aşından məhrum olarıq, həm də Vəli.

 

Bu proses mərhələlər üzrə həyata keçirilə bilər. İlk mərhələ isə ondan ibarət ola bilər ki, bu tapşırıqların həcmi və ağırlıq dərəcəsi azaldılsın. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Proses nə qədər tez başa çatdırılsa həm şagirdlər, həm valideynlər, həm də müəllimlər əlavə yükdən bir o qədər daha tez azad olar.

 

Bəs, ev tapşırıqlarının verilməsi nəyə xidmət edir?

 

• Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır


• Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;


• Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;


• Şagirdlər yuxarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.




Загрузка...
Həmçinin oxuyun:
İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Fəal dərsin ümumi quruluşu

Fəal dərsin ümumi quruluşu

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Abituriyent necə uğur qazanar?

Abituriyent necə uğur qazanar?

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS