Xəbərlər
21 aprel 2021
897


Bədii qiraət müsabiqəsinə yekun vurulub

Bədii qiraət müsabiqəsinə yekun vurulub

 

Bakı Dövlət Universitetində (BDU) kitabxanaçılıq-informasiya fakültəsinin və "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin əsərlərindən ibarət bədii qiraət müsabiqəsinin yekunlarına həsr edilən onlayn tədbir keçirilib.

Professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirakı ilə təşkil olunan  tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinə müxtəlif aspektlərdən yanaşılması baxımından böyük imkanlar yaratdığını bildirib. O, gənclər arasında bu cür müsabiqələrin təşkilinin xüsusi əhəmiyyətindən bəhs edib və müsabiqə qaliblərinə öncədən təbriklərini çatdırıb.

Sonra bədii qiraət müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış 10 iştirakçının ifasında Nizami yaradıcılığından nümunələr dinlənilib. Müsabiqənin münsiflər heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir, BDU-nun kafedra müdiri Knyaz Aslan, şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə və filologiya fakültəsinin dekan müavini Anar Fərəcov ifalara münasibətlərini bildirib, iştirakçıları müvafiq ballarla qiymətləndiriblər. Müsabiqənin yekunlarına əsasən, kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri- Nərgiz Həşimzadə 1-ci, Nilufər Qəhrəmanova 2-ci, Aysel Bayramova isə 3-cü yerə layiq görülüb.

 "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov BDU-nun "Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərdə xüsusilə fərqləndiyini, ali təhsil ocağının təşkilatçılığı ilə bu mövzuda konfransların, elmi seminarların və kütləvi tədbirlərin keçirilməsinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, qaliblərə "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Dahi şairimiz Nizami Gəncəvi-880”

“Dahi şairimiz Nizami Gəncəvi-880”

BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri

BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri

“Nizami dühası və müasirlik”

“Nizami dühası və müasirlik”

Kiyevdə “Nizami Gəncəvi” gecəsi keçirilib

Kiyevdə “Nizami Gəncəvi” gecəsi keçirilib

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

BDU-nun kafedra müdiri işdən azad edildi

BDU-nun kafedra müdiri işdən azad edildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika  müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

"Nizami Gəncəvinin əsərlərində qadın obrazları"

"Nizami Gəncəvinin əsərlərində qadın obrazları"

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da onlayn elmi seminar

BDU-da onlayn elmi seminar

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

BDU-nun müəlliminə yeni vəzifə verildi

BDU-nun müəlliminə yeni vəzifə verildi

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

BDU-da tədqiqat

BDU-da tədqiqat

Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi

Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi

BDU rəhbərliyi hərbi xidmətə çağırılan məzunlarla görüşüb

BDU rəhbərliyi hərbi xidmətə çağırılan məzunlarla görüşüb

BDU -nun Biologiya fakültəsinin dosenti vəfat edib

BDU -nun Biologiya fakültəsinin dosenti vəfat edib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək