AzTehsil.com
RU


Xəbərlər
27 yanvar 2017
2 592


Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi



Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi

 

Bildiyimiz kimi bir müddət öncə mediada BDU-nun Jurnalistika fakültəsinin dekanının tələbələri hədələməsi ilə bağlı səs yazısı getmişdi. Buna ekspertlər, müəllimlər tərəfindən bir sıra fikirlər söylənilmişdi. Bakı Avrasiya Universitetinin müəllimi, dosent Mütəllim Rəhimli də bu hadisəyə öz yanaşmasını bu cür bildirib:
"BDU-nun Jurnalistika fakültəsinin dekan müavini olan xanımın tələbələrə ünvanladığı mesajının səs yazısını dinləyəndən sonra təəssüf hissi keçirməmək mümkün deyil. Bu danışıq tərzi, səsin tonu, cümlələr, ifadə olunan fikir nəinki dekan müavininə, heç sıravi müəllimə də yaraşmaz. Maraqlıdır, kim(lər) və nə(lər) bu müəlliməyə haqq verib ki, belə danışsın! 
Bu gün mediada yazılanlara görə həmin qrupda təhsil alan 28 tələbədən 13-ü imtahandan kəsilib və bu artıq yeni fikirlərin və ehtimalların meydana gəlməsinə əsas verib. Ona görə də məsələnin ciddi və obyektiv şəkildə araşdırılmasına ehtiyac yaranıb".
 
Səs yazısına burdan qulaq asa bilərsiniz.
 
 
aztehsil.com



Загрузка...