AzTehsil.com


Xəbərlər
14 aprel 2021
958


Alimə elmi-tədqiqatlarına görə 6 patent və müəlliflik şəhadətnaməsi verilib



Alimə elmi-tədqiqatlarına görə 6 patent və müəlliflik şəhadətnaməsi verilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin uzun illərdən bəri apardığı elmi-tədqiqat işləri uğurla nəticələnib.

Tədqiqatçı alimə müxtəlif genetik üsullarla yeni yaratdığı "Naxçıvan muskatı”, "Əlincə”, "Oğuz üzümü”,  "Qəhvəyi kişmişi”, "Milax üzümü”, "Bənəniyar üzümü” adlı üzüm sortlarına görə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyi tərəfindən 6 patent və müəlliflik şəhadətnaməsi  verilib.

Təcrübəli ampeloqraf alim V.Quliyev 40 ilə yaxın müddətdə üzüm bitkisinin genetikası və seleksiyası istiqamətində məqsədyönlü elmi-tədqiqatla məşğuldur. Aparılan tədqiqatların əsas məqsədi muxtar respublikada üzüm genofondunun tədqiqi, təsərrüfat-texnoloji xüsusiyyətlərinin araşdırılması, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, seleksiya yolu ilə şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlü yeni sortların əldə olunmasıdır. Artıq qarşıya qoyulan uzunmüddətli məqsədə nail olunub.
"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair”, "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair” Dövlət Proqramlarının qəbul olunması Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında da yeni tətbiqyönümlü  üzüm  sortları ilə bağlı tədqiqatların intensiv aparılmasına stimul yaradıb.

Çoxillik araşdırmaların nəticəsi olan yeni üzüm sortlarına 2020-ci ilin iyun ayında Aqrar Xidmətlər Agentliyi tərəfindən Azərbaycan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və bu sortlar mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydə alınıb.

Qeyd edək ki, "Qəhvəyi kişmişi” tez yetişən, "Əlincə”, "Oğuz üzümü”, "Milax üzümü” orta vaxtda yetişən, "Naxçıvan muskatı” və "Bənəniyar üzümü” isə gec yetişən üzüm sortları qrupuna daxildir.

Artıq yeni alınmış perspektivli və iqtisadi əhəmiyyətli üzüm sortlarının ölkəmizin əsas üzümçülük bölgələrində yayılmasına və becərilməsinə başlanılıb.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Üzümün saymaqla  bitməyən  faydası

Üzümün saymaqla bitməyən faydası

Azərbaycan alimləri tərəfindən 3 yeni buğda sortu patenləşdirilib

Azərbaycan alimləri tərəfindən 3 yeni buğda sortu patenləşdirilib

Bioresurslar İnstitutunun təcrübə sahəsində əkin aparılıb

Bioresurslar İnstitutunun təcrübə sahəsində əkin aparılıb

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

Ağciyərləri təmizləyən 4 qida

Ağciyərləri təmizləyən 4 qida

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

Gənc alimin səmərəli tədqiqat işi

Gənc alimin səmərəli tədqiqat işi

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

Prezident İnstitutun açılışında

Prezident İnstitutun açılışında

Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

“Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyanın təqdimatı

“Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyanın təqdimatı

"Aqrar İxtisaslaşmış Jurnalistlər" layihəsinə start verilib.

"Aqrar İxtisaslaşmış Jurnalistlər" layihəsinə start verilib.

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

Məktəblilərin iki layihəsi uğur qazanıb

Məktəblilərin iki layihəsi uğur qazanıb

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

İki şagirdin layihəsi beynəlxalq müsabiqədə diploma layiq görülüb

İki şagirdin layihəsi beynəlxalq müsabiqədə diploma layiq görülüb

Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi-tədqiqat işləri

Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi-tədqiqat işləri

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib