AzTehsil.com


Xəbərlər / Loborant
24 aprel 2020
1 863


Bioresurslar İnstitutunun təcrübə sahəsində əkin aparılıb



 Bioresurslar İnstitutunun təcrübə sahəsində əkin aparılıb

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında cari il üçün təsdiq edilən plana uyğun  tədqiqat işləri uğurla davam etdirilir.


 Laboratoriya rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev hesab edir ki, dünyada baş verən iqlim dəyişkənlikləri stress amillərin artmasına və bir çox qiymətli bitki növlərinin məhvinə səbəb olur. O, biomüxtəlifliyin qorunması, toplanması, bərpası, öyrənilməsi, o cümlədən yaranan stress amillərə qarşı davamlı genotiplərin aşkarlanmasının günün aktual məsələlərindən biri olduğunu bildirib.

"Naxçıvanda iqtisadiyyatın əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Muxtar respublikanın torpaq-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin, o cümlədən payızlıq taxılların (yumşaq və bərk buğda, arpa və s.), yem bitkilərinin (yonca, soya və s.) becərilməsi və onlardan yüksək məhsul alınması üçün əlverişli şəraitə malikdir    " –deyə P.Fətullayev qeyd edib. 

Alimin sözlərinə görə, muxtar respublika şəraitində yüksək məhsuldar və keyfiyyətli buğda dəninin istehsalı ərzaq təhlükəsizliyinin təminatında əsas yerlərdən birini tutur. Naxçıvanın torpaq-iqlim xüsusiyyətlərinə uyğun, ekoloji plastikliyi, keyfiyyət göstəriciləri ilə fərqlənən kompleks təsərrüfat əlamətlərə malik yeni taxıl sortlarının yaradılması və fermer təsərrüfatlarında tətbiqi günün zəruri problemlərindəndir.

O, rəhbərlik etdiyi dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında bu sahədə mövcud olan müasir metodiki göstəricilər əsasında tarla şəraitində buğda hibridlərinin öyrənildiyini də diqqətə çatdırıb. Bildirib ki, aqrotexniki tədbirlər muxtar respublika üçün ümumi qəbul edilən qaydada aparılır.

P.Fətullayev vurğulayıb ki, 2019-2020-ci illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi və 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində, əlavə olaraq bir bərk, bir yumşaq buğda hibridi və bir ikicərgəli, pivəlik istiqamətli arpa seçilərək artırma pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqata cəlb edilib. Tədqiq edilən buğda sort və hibridlərinin toxumları institutun təcrübə sahəsində suvarma şəraitində səpilib və hazırda bütün nümunələrə vegetasiya suları verilməkdədir.

Alim laboratoriyida, həmçinin heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında əsas yem bazasının əhəmiyyətli bir hissəsini təşkil edən, torpağın münbitlik səviyyəsini daha da yaxşılaşdıran yonca bitkisinin də öyrənildiyini söyləyib: "Müxtəlif mənşəli 8 yonca bitkisi sortlarının muxtar respublika şəraitində xəstəlik və ziyanvericilərə qarşı davamlılığı, gübrələrin, su normasının və biçin sayının məhsuldarlığa təsiri öyrənilib, bu sortların keyfiyyət analizləri, qiymətləndirilməsi və müqayisəsi aparılıb”.

O, laboratoriya əməkdaşlarının bu günlərdə 15 soya bitkisinin-"Sinara”, "Apisa”, "Opus”, "Krasnodar-68”, "Alexa”, "Kyota”, "Kofu”, "Antonia”, "Regale I-II”, "Bravo I-II”, "Kanata”, "Angelica” və "Asuka” adlı sortlarının ümumi qəbul edilən metodikalara uyğun əkininin aparıldığını bildirib. Qeyd edib  ki, tərkibindəki zülalın miqdarına və digər qiymətli bioloji aktiv maddələrə görə dənli paxlalı bitkilər arasında əsas yerlərdən birini tutan soya zülalının tərkibinə bütün amin turşuları daxildir.

"Bitki yağ istehsalına görə dünyada birinci yeri tutan soya dəninin tərkibində zülallarla yanaşı, 18-24% yağ, külli miqdarda A, B, D, E vitaminlər də vardır ki, bunlar da insan orqanizminin normal inkişafını təmin edir, bəzi xəstəliklərin qarşısını alır”,-deyə laboratoriya rəhbəri əlavə edib.

Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı



Загрузка...
Həmçinin oxuyun:
Gənc alimin səmərəli tədqiqat işi

Gənc alimin səmərəli tədqiqat işi

Prezident İnstitutun açılışında

Prezident İnstitutun açılışında

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Naxçıvanın Eneolit dövrü abidələrinə aid nəşr

Naxçıvanın Eneolit dövrü abidələrinə aid nəşr

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

NDU-nun laboratoriyalarında müalicəvi ekstraktlar

NDU-nun laboratoriyalarında müalicəvi ekstraktlar

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Naxçıvanda müəllimə 5 min manat mükafat verildi

Naxçıvanda müəllimə 5 min manat mükafat verildi

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Bu gün Yel çərşənbəsi qeyd olunur

Bu gün Yel çərşənbəsi qeyd olunur

İmmuniteti artıran qidalar

İmmuniteti artıran qidalar

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Fizika İnstitutunun magistrları üçün distant təhsil

Fizika İnstitutunun magistrları üçün distant təhsil

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"