AzTehsil.com


Xəbərlər
19 aprel 2020
1 318


NDU-nun laboratoriyalarında müalicəvi ekstraktlar



NDU-nun laboratoriyalarında müalicəvi ekstraktlar

 

Azərbaycanda arı məhsullarının biokimyəvi xüsusiyyətləri və keyfiyyət göstəriciləri sahəsində aparılan elmi araşdırmalarda  bal, vərəmum, çiçək tozcuğu kimi arı məhsullarının tədqiqi sahəsində bir sıra uğurlu nəticələr əldə edən Naxçıvan Dövlət Universitetinin (NDU) müəllimləri arıçılıq məhsullarını tədqiq etməklə yanaşı, müalicə və profilaktika məqsədi ilə istehsalı prosesini də  həyata keçirirlər.

NDU-dan bildirilib ki, bu məqsədlə ali təhsil ocağının tibb fakültəsində yaradılan laboratoriya imkanları hesabına, ilk dəfə olaraq müalicə məqsədi ilə istifadəsi tövsiyə edilən bir sıra arıçılıq məhsullarının işlənməsi və çıxarışlarının alınması həyata keçirilib. Laboratoriyada arı vərəmumunun  700-li etil spirtində 10%-li ekstraktı, 700-li etil spirtində 20%-li ekstraktı və zeytun yağında 10%-li ekstraktı hazırlanıb və qablaşdırılıb. Eyni zamanda çiçək tozcuğu (polen) tədaqükü, qurudulması və qablaşdırılması yerinə yetirilib. Bununla yanaşı, laboratoriyalarda vərəmumun bir sıra xəstəliklərdə istifadəsi tövsiyə olunan sulu, yağlı, ballı qarışıqları, mazları, məlhəmləri, şamları və s. hazırlanması üçün işlər davam etdirilir.

Muxtar respublikanın florasının çox zəngin olması, endemik və müalicəvi bitkilərin növ müxtəlifliyinin çoxluğu, mövcud arı cinsləri, eyni zamanda fiziki-coğrafi xüsusiyyətlərinin  təsirinin balların keyfiyyətində özünü əks etdirməsi labüddür.

Universitetin laboratoriyalarında aparılan polenoloji analizlər əsasında müəyyənləşdirilib ki, əldə olunan bütün ballar fərqli bitki qaynaqlarından (multifloral) əldə olunub və hər hansı bitki qrupunun üstünlüyü bu ballarda müşahidə edilməyib.

Laboratoriyalarda arı məhsulları ilə yanaşı, müxtəlif bitkilərin yağları və ekstraktları da əldə olunur. Kəklikotu, sürvə, pişiknanəsi və s. dərman bitkisi növlərindən alınan efir yağları,  ilk dəfə olaraq laboratoriya imkanları hesabına hazırlanır, təcrübi dərslərdə, elmi tədqiqat işlərində istifadə olunur. Bununla yanaşı, müxtəlif dərman bitkilərinin duru və quru ekstraktları, şamlar, məlhəmlər və həblərin hazırlanması işləri həyata keçirilir. Gələcəkdə müalicə və profilaktika məqsədi ilə istifadə üçün preparatların hazırlanması da nəzərdə tutulur.



Загрузка...
Həmçinin oxuyun:
Arı sancmasının xeyri

Arı sancmasının xeyri

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

Ən yüksək bal tələb edən ixtisaslar

Ən yüksək bal tələb edən ixtisaslar

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Prezident İnstitutun açılışında

Prezident İnstitutun açılışında

Kəklikotunun faydaları

Kəklikotunun faydaları

Bu bitki çayı insanı sakitləşdirir, baş ağrısını aparır.

Bu bitki çayı insanı sakitləşdirir, baş ağrısını aparır.

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

“Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı

“Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı

Gənc alimin səmərəli tədqiqat işi

Gənc alimin səmərəli tədqiqat işi

24 saat onlayn fəaliyyət göstərən kitabxana

24 saat onlayn fəaliyyət göstərən kitabxana

Qızılgül ürəyi, sinirləri müalicə edir.

Qızılgül ürəyi, sinirləri müalicə edir.

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?

Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?