AzTehsil.com


Xəbərlər / Loborant
18 sentyabr 2018
3 306


LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb



 
 
LDU-da ilk-4 yeni laboratoriya  fəaliyyətə başladı.
 
Lənkəran Dövlət  Universiteti  (LDU)  yeni-2018-2019-cu  tədris  ilinə ürəkaçan yeniliklərlə qədəm qoyub.  Kadr hazırlığı aparılan baytarlıq, qida mühəndisliyi, turizm və otelçilik, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, ekologiya və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək , elm ilə təcrübənin  vəhdətinə nail olmaq məqsədi ilə universitetdə   müasir avadanlıqlarla təchiz edilmiş "Baytarlıq”, "Qida məhsulları texnologiyası” və "Qida təhlükəsizliyi və ekologiyası” və s. laboratoriyalar yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib. Universitet rəhbərliyinin təhsildə əyaniliyə nail olmaq məqsədi ilə  İngiltərədən, Rusiyadan, Çin və s. ölkələrdən sifariş etdiyi laboratoriyalar  ölkənin  ali təhsil müəssisələri arasında müasirliyi ilə seçilir və dünya standartlarına cavab verir.  
 
Xaricdən gətirilmiş  müasir avadanlıq və cihazların quraşdırılması və iş prinsipinin əməkdaşlara öyrədilməsi üçün  LDU-ya  ixtisaslı, peşəkar  əcnəbi mütəxəssislər dəvət edilib. İlk olaraq Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər  10 gün  müddətində universitet əməkdaşları  üçün  treninqlər keçirmiş, onları avadanlıq və cihazların iş prinsipi ilə tanış etmişlər.Avropa və Rusiyalı  mütəxəssislər də bir həftə  ərzində universitetə  gələrək, treninqlərə start verəcəklər.
 

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

 

Qeyd edək ki, həmin avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyəcəkdir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradacaq. 
 
Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcəkdir. 
 

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

 

Maraqlı  yeniliklərdən  biri də ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların ,  o cümlədən,  ağır metalların miqdarının təyinidir. Rusiya Federasiyasının "Texnoanalit” Elm- istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik "TA- Ekolab” analizatoru bu tədqiqatlar üçün etibarlı vasitədir. Həmin qurğu artıq universitetin "Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyasına gətirilib. Yaxın vaxtlarda istehsalçı müəssisənin əməkdaşlarının iştirakı ilə müvafiq təlimlərin keçirilməsi  nəzərdə tutulub.
 
Tədris prosesində daha bir vacib məqam tədris vəsaitlərinin mövcudluğudur.Alınmış qurğu və avadanlıqların iş proseslərini öyrədilməsi istiqamətində yeni dərsliklər hazırlanır. LDU-nun professoru, texnika elmləri doktoru Mikayıl Məhərrəmovun rəhbərliyi  ilə  "Xammal və qida məhsullarının təhlükəsizliyi” adlı dərslik və eyniadlı laboratoriya praktikumu (dərs vəsaiti) bu qəbildən olan dərsliklər sırasına daxildir. 
 

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

 

İki yeni – "Torpaqşünaslıq” və "Baytarlıq cərrahiyyəsi” laboratoriyalarının  quraşdırılması  yaxın günlərdə başa çatdırılacaq.Yeni laboratoriyaların işi ilə tanış olan professor Natiq İbrahimov bütün bunların son olmadığını,  universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib. 
 
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.



Загрузка...
Həmçinin oxuyun:
Qərb Universitetində müasir laboratoriyalar qurulur

Qərb Universitetində müasir laboratoriyalar qurulur

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Universitet seçimində tərəddüd edənlər üçün

Universitet seçimində tərəddüd edənlər üçün

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıq var - Video

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıq var - Video

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

BDU-nun müəlliminə yeni vəzifə verildi

BDU-nun müəlliminə yeni vəzifə verildi

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

Məktəb laborantının əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI