AzTehsil.com


Xəbərlər
26 aprel 2020
1 052


Azərbaycan alimləri tərəfindən 3 yeni buğda sortu patenləşdirilib



 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Milli Genbankında bütün yerli sortlar da daxil olmaqla buğda bitkisinə aid 3 000-dən çox nümunə mühafizə olunmaqdadır.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

GEİ son illərdə beynəlxalq təşkilatlarla da əlaqələrini xeyli genişləndirib, dünya buğda kolleksiyalarına və onların genom verilənlərinə çıxış imkanı əldə edib. 2019-2020-ci illərdə 1500-dən artıq buğda nümunəsi ölkəyə gətirilərək onlar üzərində tədqiqat işlərinə başlanılıb. İnstitutda aparılan uzunmüddətli tətbiqi və fundamental tədqiqatlar nəticəsində çoxlu sayda yeni buğda ("Sevinc”, "Cəfəri”, "Arzu”, "Bol-buğda”, "Gürgənə-1”, "Zərdabi”, "Birlik”, "Qrekum-75/50”, "Kəhrəba”, "Qızılbuğda”, "Saray”, "Abşeron”, "Maya”, "Start” və s.) sortları yaradılıb və onların geniş təsərrüfatlarda becərilməsi təmin edilib.

2020-ci ildə GEİ və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 3 yeni buğda sortu ("Korifey-88”, "Cənub”, "Mərcani buğda”) patenləşdirilərək rayonlaşdırılıb. Yeni yarımpayızlıq bərk buğda sortu – "Korifey-88” Rusiyadan əldə olunmuş sortların çarpazlaşdırılmasından alınmış hibrid xəttindən təkrar fərdi seçmə yolu ilə yaradılıb. "Korifey-88” sortunun pоtеnsial məhsuldarlığı orta (54-58 s/ha), adaptivliyi yüksəkdir. Sünbüldə dənlərin sayına görə bərk buğda sortları arasında lider olan "Korifey-88”in Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.

Yumşaq buğdanın "Cənub” sortu beynəlxalq pitomniklərdən seçilmiş mürəkkəb hibriddən fərdi seçmə yolu ilə yaradılıb. "Cənub” sortunun müsabiqəli sortsınağında üç illik orta məhsuldarlığı 63,2 s/ha, standart Aran sortundan 4,0 s/ha çox olub. Tədqiqat illərində sarı və qonur pas xəstəliklərinə davamlılıq göstərib. "Cənub” sortunun respublikanın suvarılan düzən və dağətəyi dəmyə bölgələrində becərilməsi təklif olunur.

Payızlıq yumşaq buğdanın yeni "Məcranı buğda” sortu Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda saxlanılan Ferrigineum (Rusiya) X Bəyaz (Azərbaycan) sortlarının çarpazlaşdırılmasından alınmış hibrid xəttindən fərdi seçmə yolu ilə yaradılıb. Bu sort qışlamanı yaxşı keçirdiyinə görə məhsuldar kollanması digər sortlardan yüksəkdir. Bitkilərin intensiv piqmentləşməsinə görə fotosintetik proseslər daha aktiv gedərək, bitkilərin uzun müddət yaşıl qalmasına səbəb olur.

"Məcranı buğda”nın respublikanın nəmliklə təmin olunmayan dağlıq və dağətəyi quraq dəmyə bölgələrində becərilməsi tövsiyə olunur.



Загрузка...
Həmçinin oxuyun:
Bioresurslar İnstitutunun təcrübə sahəsində əkin aparılıb

Bioresurslar İnstitutunun təcrübə sahəsində əkin aparılıb

Bu gün Yel çərşənbəsi qeyd olunur

Bu gün Yel çərşənbəsi qeyd olunur

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Gənc alimin səmərəli tədqiqat işi

Gənc alimin səmərəli tədqiqat işi

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

Səriştələrinin artırılması üzrə təlimlər

Səriştələrinin artırılması üzrə təlimlər

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri

Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri

Məktəblilərin düzgün qidalanması haqqında

Məktəblilərin düzgün qidalanması haqqında

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək