AzTehsil.com


Xəbərlər
18 mart 2021
1 160


Ölkədə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər genişləndirilir - YENİLİK



Ölkədə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər genişləndirilir - YENİLİK

 

Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində UNİCEF-lə birgə görüləcək işlər müzakirə olunub. Ölkəmizdə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər sisteminin də əhatə dairəsi ildən ilə genişlənir.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin xidmətlərin uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına,  normal həyata dönüşünün təmin olunmasına yönəlik istiqamətdə qurulması aparılan sosial siyasətin əsas hədəflərindən biridir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşündə bildirib.

O, uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının Prezident İlham Əliyevin sosial inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir Azərbaycanda uşaqlarla bağlı dövlət siyasətinin BMT-nin "Uşaq hüquqları Konvensiyası”ndan irəli gələn yanaşmalara uyğun qurulduğunu qeyd edib. Həssas qruplardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı, bu istiqamətdə fəaliyyət müstəvisinin getdikcə genişlənməsi üçün aparılan işləri diqqətə çatdırıb.

S.Babayev UNICEF-lə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində birgə işlərin miqyasının daha da genişlənəcəyinə əminliyini bildirib.

E.Karvardin əməkdaşlıq çərçivəsində icra olunmuş layihələrin əhəmiyyətini qeyd edib.

Görüşdə sosial müdafiə və uşaq müdafiəsi istiqamətində 2021-2025-ci illər üçün prioritet istiqamətlər (uşaqlarla bağlı inteqrasiya olunmuş sosial xidmətlər sisteminin genişləndirilməsi, sosial xidmətlər üzrə kadrların bilik və bacarıqlarının artırılmasına, sosial xidmətlərdə keyfiyyət standartlarının tətbiqinə dəstək və s.) üzrə aparılacaq işlər, bu sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.



Загрузка...
Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Təhsildən yayınan uşaqlarla fərdi profilaktik iş aparılacaq

Təhsildən yayınan uşaqlarla fərdi profilaktik iş aparılacaq

Prezidentdən uşaqlarla bağlı SƏRƏNCAM - 5 milyon manat ayrıldı

Prezidentdən uşaqlarla bağlı SƏRƏNCAM - 5 milyon manat ayrıldı

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Bu şəxslərin maaşları ARTIRILDI – Prezidentdən SƏRƏNCAM

Bu şəxslərin maaşları ARTIRILDI – Prezidentdən SƏRƏNCAM

“Böyüklərimizi qoruyaq!” sosial aksiyası üçün BİRlikdəyik!

“Böyüklərimizi qoruyaq!” sosial aksiyası üçün BİRlikdəyik!

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlayır

“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlayır

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Azərbaycanda daha iki peşə mərkəzi tikiləcək

Azərbaycanda daha iki peşə mərkəzi tikiləcək

UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

Bu tələbələrə   yardım ediləcək.

Bu tələbələrə yardım ediləcək.

Dövlət uşaq müəssisələrinə verilmiş 38 uşaq ailəsinə qaytarılıb

Dövlət uşaq müəssisələrinə verilmiş 38 uşaq ailəsinə qaytarılıb

DİQQƏT! - Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

DİQQƏT! - Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Elm və təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü veriləcək – RƏSMİ

Elm və təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü veriləcək – RƏSMİ

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Uşaq hüquqları mövzusu müzakirə olunur

Uşaq hüquqları mövzusu müzakirə olunur

Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsi artırılacaq

Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsi artırılacaq