AzTehsil.com


Xəbərlər / Psixoloq / Müəllim
18 fevral 2021
1 136


Məktəb psixoloqları niyə qıraqda qalıb?



Məktəb psixoloqları niyə qıraqda qalıb?

 

Ümumtəhsil məktəblərində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqları ədalətsiz, qeyri-qanuni və qeyri-adi bir problemlə üz-üzə qalıblar.

2014-cü ildən ölkədə təhsil işçilərinin diaqnostik qiymətləndirmə imtahanı keçirilir. 2015-ci ilin yanvarından diaqnostik qiymətləndirmədən keçmiş bütün müəllimlərin və digər təhsil işçilərinin əməyi stimullaşdırılıb və əmək haqları artırılıb.

Məktəb psixoloqları da qalan təhsil işçiləri kimi 2019-cü ilin dekabrında diaqnostik qiymətləndirmə imtahanından keçiblər. Onların imtahan nəticələri Təhsil Nazirinin 07 yanvar 2020-ci il tarixli 12 saylı əmri ilə təsdiqlənib.

Təhsil Nazirliyinin rəsmiləri bu nəticələri yüksək dəyərləndiriblər. Məktəb psixoloqları istisna olmaqla diaqnostik qiymətləndirmədən keçmiş bütün müəllimlərin əmək haqları 2020-ci ilin yanvarından artırılıb.

Təsəvvür edin, məktəb psixoloqları ilə eyni ildə – 2019-cu ildə diaqnostik qiymətləndirmədən keçmiş musiqi müəllimlərinin əmək haqları bir ay fərqi ilə iki dəfə artıb: 2019-cu ilin sentyabrında minimum əmək haqqı artımına görə, bir ay sonra – oktyabrda diaqnostik qiymətləndirmədən keçdiklərinə görə. Amma keçmiş təhsil naziri bu məsələdə birtərəfli mövqe tutaraq məktəb psixoloqlarına bildirib ki, minimum əmək haqqı artırıldığına görə hələ gözləməlidirlər. Halbuki minimum əmək haqqının artması nəticəsində maaşları artmış və diaqnostik qiymətləndirmədən keçmiş başqa müəllimlərin əmək haqları 2020-ci ilin yanvarında yenidən stimullaşdırılaraq artırılıb. Artıq neçə vaxtdır gözləyən məktəb psixoloqları daha nə qədər və niyə gözləməlidirlər?

Pandemiya və müharibə şəraitini nəzərə alaraq məktəb psixoloqları həssas dönəmdə bu problemi gündəmə gətirməyiblər, ictimailəşdirməyiblər. Müharibənin qələbə ilə bitməsi və hazırda pandemiya ilə mübarizədə müsbət tendensiyanın müşahidə edilməsi psixoloqları problemin həllinə nail olmağa ruhlandırıb. Məktəb psixoloqları problemlə bağlı Təhsil Nazirliyinə müraciət ediblər, heç bir rəsmi açıqlama gəlməyib. Nəticədə psixoloqlar Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-prezidentə və müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalıblar.

Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, belə olan halda diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqları dövlətin onlar üçün yaratdığı stimullaşdırıcı əmək haqqı layihəsindən niyə kənarda qalmalıdırlar? Şübhəsiz, bu problemi pandemiya və müharibədən əvvəl, vaxtında həll etmək lazım idi. Yəni 2019-cü ildə diaqnostik qiymətləndirmədən keçmiş digər müəllimlər kimi məktəb psixoloqlarının da əmək haqları 2020-ci ilin yanvar ayından stimullaşdırılmalıydı.

Psixoloqlara qarşı ayrı-seçkilik göstərilsə də, bu, onların istər pandemiya, istərsə də müharibə dövründə professional səviyyə və humanist mövqe sərgiləməsinə mane ola bilmədi. Məktəb psixoloqları Vətən müharibəsi iştirakçılarına, qazilərə ödənişsiz psixoloji yardım etdilər, onlara mənəvi dayaq oldular. Onlar Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin xətti ilə də bu proseslərdə aktiv iştirak ediblər.

Bu sosial müdafiə sahəsinin aktuallığını, şagird şəxsiyyətinin formalaşmasında, təhsilinin səmərəliliyində və psixoloji sağlamlığında əhəmiyyətini, bütün ümumtəhsil sistemini əhatə etməsini nəzərə alaraq son illər təhsildə psixoloji xidmətin və yardımın təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı, Milli Məclis və Nazirlər Kabineti çox vacib qərarlar qəbul edib. Nazirlər Kabineti 2020-ci ilin aprel ayında "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nı da təsdiqləyib. Şagird sayı çox olan məktəblərdə psixoloq ştatının sayı 3 vahid ştatına qədər artırılıb, artıq həmin məktəblərin əksərində yeni psixoloqlar işə götürülüb.

Göründüyü kimi, dövlət ümumtəhsil məktəblərində təhsilalanlara, onların valideynlərinə, təhsilverənlərə psixoloji, pedaqoji-psixoloji xidmət, ödənişsiz psixoloji yardım kimi geniş və əhəmiyyətli bir fəaliyyət sahəsini tamamilə qanuni fəaliyyət göstərən təhsil (məktəb) psixoloqlarına tapşırıb. Amma məktəb psixoloqu texniki işçilərə yaxın, müəllimlərdən 50 faiz, bir dəfə, məktəb müdiriyyətindən isə təqribən üç dəfə aşağı əmək haqqı alır. Üstəlik, məktəb psixoloqu dərs saatı, "kabinet pulu” kimi digər əlavə ödənişlərə və gəlir mənbələrinə malik deyil.

Təhsil Nazirliyi artıq uzun illərdir məktəb psixoloqları üçün professional təlimlər keçirir. Məktəb psixoloqları özləri də maarifləndirici və ödənişli təlimlərdə iştirak edərək peşəkar səviyyələrini təkmilləşdirirlər. Amma məlum ayrı-seçkilik və təhsil işçisi kimi maddi hüquqlarının pozulması onların məktəb daxilində aktiv, məhsuldar və motivasiyalı fəaliyyətinə mane olur.

Təhsil Nazirliyi "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nı layiqincə icra etmədiyinə görə ümumtəhsil məktəblərimizin əksərində hələ də təminatlı "Psixoloji xidmət kabineti” yaradılaraq məktəb psixoloqlarının ixtiyarına verilməyib.

Üstəlik, Təhsil Nazirliyi 2019-cu ilin dekabrında diaqnostik qiymətləndirmədən keçmiş məktəb psixoloqlarının əmək haqlarının stimullaşdırılaraq artırılmasına nail ola bilməyib. Ümumiyyətlə, Təhsil Nazirliyi bu problemlə bağlı Nazirlər Kabinetinə və digər qurumlara rəsmən müraciət edibmi? Bu sualın cavabı da hələlik məktəb psixoloqlarına bəlli deyil. Ona görə də onlar problemi ictimailəşdirməyi, dövlət başçısına və dövlət, hökumət qurumlarına rəsmi müraciətlər göndərməyi davam etdirəcəklər.

Şükran Dədəyev,
psixoloq, psixoterapevt 



Загрузка...
Həmçinin oxuyun:
Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Azərbaycan təhsil psixoloqları ictimai birliyi Təhsil Nazirinə müraciət ünvanlayıb

Azərbaycan təhsil psixoloqları ictimai birliyi Təhsil Nazirinə müraciət ünvanlayıb

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Təhsil naziri: “5 mindən çox müəllimin maaşı 1000 manatı ötüb”

Təhsil naziri: “5 mindən çox müəllimin maaşı 1000 manatı ötüb”

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

Psixoloqların Təhsil Nazirliyinə müraciəti

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik qiymətləndirmədən sonra əməkhaqlarının artırılması məsələsinə baxılacaq

Diaqnostik qiymətləndirmədən sonra əməkhaqlarının artırılması məsələsinə baxılacaq

Növbəti Diaqnostik Qiymətləndirmələrdə əsaslı yeniliklər – Şərh

Növbəti Diaqnostik Qiymətləndirmələrdə əsaslı yeniliklər – Şərh

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan