AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Direktor / Manşet
11 fevral 2021
58 535


Elşən Qafarov : Məktəb direktorları təlim-tərbiyə prosesinə rəhbərlik edərkən 5 asas amilə diqqət etməsi çox vacibdir.



 

Məktəb direktorları təlim-tərbiyə prosesinə rəhbərlik edərkən  5 asas amilə diqqət etməsi çox vacibdir :

1.Məqsəd və ya hədəf ;
2.Planlaşdırma ;
3.Təşkilatlanma və hesabatlılıq ;
4.Fəaliyyətin idarə olunması ( və ya həyata keçirilməsi ) ;
5. Nəticənin təhlili ;

1.Məqsəd- istənilən fəaliyyətin həyata keçirilməsi üçünqarşəya qoyulmuş  hədəfin  və ya məqsədin olmaması ,bu fəaliyyətin niyə həyata keçirildiyini ortaya qoya bilmirsə bu zaman o məktəbdə istənilən fəaliyyət ( görülən işlər ) kor-koranə xarakter daşıyacaq ,onsuz da Nizamnaməsi olmayan mətəblərimizin idarə olunmasında  və ya məktəbin nəticələrinin yaxşılaşdırılmasında  ciddi çətinliklər yaradacaq.

2.Planlaşdırma- Bildiyiniz kimi planlaşdırmanın 3 növü var : strateji,perespektiv və cari . Strateji planlaşdırma əsasən tezis xarakterli olub yaxın 3,5 və ya daha artıq müddət üçün məktəbi hal-hazırda olduğu vəziyyətdən ,hansı səviyyəyə ( vəziyyətə) aparmaq    ( qaldırmaq) məqsədi ilə hazırlanır.Çox təəsüflər ki ,bizdə məktəb direktorlarının rəhbərlik etdiyi məktəbin  strateji planlaşdırması  ilə bağlı   təsəvvürləri çox azdır və ya yoxdur.( Bu məsənin obyektiv və subyektiv səbəbləri vardır )  .Perespektiv planlaşdırma bir iş ili ( bizdə tədris ili ) üçün hazırlanan planlaşdırmadır ki, biz buna illik planlaşdırma da deyirik və mövcud tədris ili üçün qarşıda ( perespektivdə ) duran vəzifələri özündə əks etdirir və strateji planlaşdırmanın bir hissəsidir. Perespektiv planlaşdırmanın strateji planlaşdırmadan fərqi odur ki ,biz perespektiv ( illik Fəaliyyət Planı dediyimiz ) planlaşdırmada biz həmdə Tədbirlər Planı da hazırlayırıq. Yəni bu planlaşdırmada qarşıya qoyduğumuz  vəzifələri həyata keçirdərkən hansı tədbirləri ( fəaliyyətləri ) həyata keçirdəcəyik deyə planlaşdırırq.Perespektiv planlaşdırmanı məktəb direktoru müavinlərlə birlikdə hazırlayır ( R(Ş)TŞ-lərin  həmin tədris ilinə görə Fəaliyyət ( Perespektiv və ya illik ) Planı nəzərə alınır. Plan Pedaqoji Şurada qəbul olunur və məktəb direktorunun əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. Maraqlıdır ki, əksər hallarda sosial şəbəkə üzərindən müavinlər və digər məktəb işçiləri Fəaliyyət( illik ) Planı istəyirlər və hər dəfə izah etməyimizə baxmayaraq ki , buradan bir də qeyr etməyi lazım bildim :

1.Ümumi təhsil məktəbində məktəb direktorunun fərdi Fəaliyyət Planı  olmur. Məktəbin Perespektiv Planı həm də elə direktorun planıdır və həmin planın həyata keçirilməsinə məktəb direktoru  məsuliyyət daşıyır.

2. Məktəbdə istərsə müavinlərin , istərsədə digər rəhbər işçilərin  fərdi illik planları məhz məktəbin İllik Planınında onlarla bağlı olan məsələlərin çıxarışıdır. Əgər məktəbin İllik Planı yoxdursa demək ki , o məktəbdə  heç kimin  planı yoxdur.

3. Əgər bir müavin və ya UBTR ( digərləri ) düşünürlərsə ki , mənim hansısa bir sənədim formal da olsa kağız kimi stolumun üstündə olsun , məktəbin olmasa da olar , elə isə məktəblərimizin kimlər tərəfindən idarə olunmasını təsəvvür etmək çətin deyil.

 3. Təşkilatlanma və hesabatlılıq -  Perepektiv Planda nzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi üçün işçi qruplar , komissiyalar yaradılmalıdır. Bu komissiyalar məktəb direktorunun əmri ilə rəsmiləşdirilməli ,həmin komissiyaların və ya işçi qrupun dövrü olaraq Direktoryanı Müşavrələrdə və Pedaqoji Şuranın iclaslarında hesabatlılıq təşkil olunlalıdır. Əgər təşkilatlanma hesabatlılıqla davam etmirsə orada fəaliyyətin sona qədər həyata keçirtmək və ya məqsəd və hədəfə çatmaq mümkün olmayacaq.Təkrarən qeyd edim ki,məktəbdə fəaliyyətin həyata keçirilməsi zamanı təşkilatlanma hesabatlılıqla paralel təşkil olunmalıdır.

4.Fəaliyyətin idarə olunması ( və ya həyata keçirilməsi ) - bu mərələdə nəzərdə tutduğumuz məqsəd və ya hədəfə çatmaq üçün , planlaşdırdığımız işləri həyata keçirtmək üçün  Tədbirlər Planınımızın olması şərtdir. Tədbirlər Planı məktəbin Perespektiv ( Fəaliyyət və ya illik ) Planına uyğun olarq məktəb direktoru tərəfindən , direktor müavinləri , metodbirləşmə rəhbərləri və məktəbin qabaqcıl müəllimləri ilə birlikdə hazırlanır , FP Pedaqoji Şuranın ilk iclasında qəbul edilir və məktəb direktorunun əmri ilə təsdiq olunur.İl boyu həayat keçirilən bu tədbirlər məktəbin sossial şəbəkə hesabı və ya saytı üzərindən işiqlandırılır,həmçinin müvafiq qaydada pratakollaşdırılır. Çox təəsüf olsun ki, bizdə hamı formal olaraq Fəaliyyət Planını axtarır , amma heç kim ,Tədbirlər Planı  ,onun həyata keçirilməsi barədə düşünmürük.

5. Nəticənin təhlili -bütün hallarda Məktəbdaxili Nəzarət vasitəsi ilə  əldə olunmuş nəticələr  təhlil olunmalıdır. Belə təhlillər istənilən halda  Direktoryanı Müşavirələr və Pedaqoji Şuranın  iclasları vasitəsi ilə kollektivlə tanış edilməlidir. 
 Ümumi təhsil məktəblərinin idarə edilməsində səmərəliliyi artırmaq , qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün  bəhs etdiyimiz istiqamətlərdə işi qura bilsək ( əslində bu elə də çətin deyil )  , hər birimiz məktəb direktoru olaraq öz məktəb modelimizə doğru istiqamət almış olarıq .

 



Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji idarəetmədə hesabatlılıq

Pedaqoji idarəetmədə hesabatlılıq

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı

İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

ESSE : DİREKTOR OLACAĞINIZ TƏQDİRDƏ İLK GÖRƏCƏYİNİZ 5 İŞİ SIRALAYIN VƏ QARŞIYA ÇIXACAQ PROBLEMLƏRİN HƏLLİ YOLLARINI İZAH EDİN.

ESSE : DİREKTOR OLACAĞINIZ TƏQDİRDƏ İLK GÖRƏCƏYİNİZ 5 İŞİ SIRALAYIN VƏ QARŞIYA ÇIXACAQ PROBLEMLƏRİN HƏLLİ YOLLARINI İZAH EDİN.

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Məktəb direktorunun inzibatçılıq və təşkilatçılıq funksiyaları

Məktəb direktorunun inzibatçılıq və təşkilatçılıq funksiyaları

Bakıda təhsilin keyfiyyətini artırmaq üçün xüsusi plan hazırlanıb

Bakıda təhsilin keyfiyyətini artırmaq üçün xüsusi plan hazırlanıb

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Nazir " SON ZƏNG "lə bağlı əmr verdi..Reallıqlar və təzadlar.

Nazir " SON ZƏNG "lə bağlı əmr verdi..Reallıqlar və təzadlar.

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Pedaqoji idarəetmənin kollegial imkanları

Pedaqoji idarəetmənin kollegial imkanları