AzTehsil.com


Xəbərlər / Ekspert
23 avqust 2020
3 761


Şahlar Əsgərov: “Azərbaycanın indiki durumunda qəbul imtahanına ehtiyac yoxdur”



 

"Şagirdin orta məktəbdə keçdiyi eyni fənlərdən iki dəfə imtahan verməsi axmaqlıqdır”.


Bunu Yenicag.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanların təşkili ilə bağlı tətbiq etdiyi bir sıra qaydaların səmərəsizliyindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib.
Şahlar Əsgərovun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının keçirilməsi milli maraqlara uyğun deyil:
"İyirmi il bundan qabaq Rusiyanın təhsil naziri deyirdi ki, dövlət tərəfindən həm qəbul, həm də buraxılış imtahanı keçirmək məntiqə sığmır. Çünki şagirdin orta məktəbdə keçdiyi eyni fənlərdən iki dəfə imtahan verməsi axmaqlıqdır.

Mən də artıq otuz ildir ki, eyni şeyi deyirəm. Həm Məleykə xanımla (DİM-in sədri Məleykə Abbaszadı – red.) görüşəndə, həm də televiziyada təşkil olunan debatlarda demişəm ki, Azərbaycanın indiki durumunda qəbul imtahanına ehtiyac yoxdur.
Qəbul imtahanı sovet dövründə vacib idi. Çünki hər 100 uşağın 33-ü ali məktəbə qəbul olurdu, 67-si isə "sovxoz” üçün fəhlə kimi hazırlanırdı. Bütün SSRİ-də 100 nəfərdən 33-ü ali savadlı idi, onlara təyinat verilirdi. Tələbələr təqaüd və yataqxana ilə təmin edilirdi.
Dünya ölkələri gənclərin ali təhsilli olmasına çalışır. Bu, cəmiyyətin intellektual səviyyəsinin artmasına səbəb olur. Ancaq qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Administrativ yollarla imtahan keçirib, abituriyentləri bu və ya başqa universitetə yerləşdirmək doğru deyil.
Əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Çünki bizim orta məktəbi bitirən şagirdlərin təqribən 70 faizi yerli universitetlərə, qalanları isə xarici universitetlərə üz tuturlar.

Bu 70 faizin 60 faizini bizim universitelərə götürüb, onları oxuda bilərik. Seçim aparmaq üçün yüngül test, yaxud da müsahibə keçirmək olar. Bunun üçün hay-həşir qoparmağa, imtahan üçün çox sayda sənədlər toplamağa, gərginlik yaşamağa ehtiyac yoxdur.
Bu məsələlər gənclərin əsəblərini korlayır, mili maraqlara və dövlətçiliyə ziddir. Qəbul imtahanlarına bəzən elə suallar salırlar ki, onlara heç müəllimlər də cavab verə bilməz. Bütün bunlara son qoymaq lazımdır”.



Загрузка...
Həmçinin oxuyun:
Şahlar Əsgərov: “Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”

Şahlar Əsgərov: “Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu imtahana ehtiyac duyulmur"- Mütəxəssis rəyləri

"Bu imtahana ehtiyac duyulmur"- Mütəxəssis rəyləri

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Regionların təhsil dərdi: pambıq, yoxsa təhsil?

Regionların təhsil dərdi: pambıq, yoxsa təhsil?

Koronavirusa yoluxduğuna görə imtahanda iştirak edə bilməyənlərin nəzərinə!

Koronavirusa yoluxduğuna görə imtahanda iştirak edə bilməyənlərin nəzərinə!

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

"Tədris bitməmiş buraxılış imtahanı keçirmək nə dərəcə doğrudur?" -Mütəxəssisdən İRAD

"Tədris bitməmiş buraxılış imtahanı keçirmək nə dərəcə doğrudur?" -Mütəxəssisdən İRAD

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ